Previous Next
Bağla

Azexport.az-a 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub

11-04-2017 17:21
Azexport.az-a 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Azexport.az  portalına 2017-ci ilin I rübü ərzində 32 ölkədən ixrac sifarişləri daxil olub.

Xeberler.az bildirir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2017-ci ilin I rübü üzrə “İxrac icmalı”nda qeyd olunub.

Məlumata əsasən, hesabat dövründə portala qonşu Rusiya, Türkiyə, İran və Qazaxıstan kimi ölkələrlə yanaşı, ABŞ-dan tutmuş Afrika dövlətləri Toqo və Benin kimi dünyanın müxtəlif ölkələrindən (Danimarka, Fransa, Latviya, Belarus, Moldova, Rumıniya, Tacikistan və s.) sifarişlər daxil olub.

Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48 milyon. ABŞ dolları, fevral ayında 6,5 milyon ABŞ dolları, mart ayında isə 27 milyon. ABŞ dollarına yaxın ixrac sifarişləri daxil olub.

“Sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, dünya bazarında qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara - meyvə şirəsi, meyvə kompotu, mahlıc, pambıq yağı, tütün, kərə yağı, quru süd, şərab, konyak, boya, yumurta, toyuq əti, fındıq ləpəsi, qarabaşaq, tibbi tənzif, çay, mebel, uşaq bezi, düyü, noxud, makarona tələb var. Yanvar ayında ən yüksək məbləğdə sifarişlər mərciməyə və fındıq ləpəsinə, fevral ayında toyuq ətinə və almaya, mart ayında isə pambıq yağı, mahlıc, tütün, tibbi tənzif, noxud və digər məhsullara daxil olub.

 Azexport.az  portalı fəaliyyətə başlayandan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən Alibaba.com-da  mövqeyi güclənməkdədir. Ötən ilin noyabr ayından etibarən qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan mallarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. 2016-cı ilin noyabr ayı ilə müqayisədə 2017-ci ilin mart ayında Azərbaycan mallarının Alibaba.com-da təmsil olunma səviyyəsi 55 dəfə artıb. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022

Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

23-08-2017

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022

Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

24-05-2017

Azərbaycandan əsas nə ixrac olunur?- İcmal

19-06-2017

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

31-08-2022

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018

Azexport.az-a olan sifarişlərin həcmi açıqlanıb

30-11-2022

Azexport-a 193 milyon dollar ixrac sifarişi daxil olub

17-07-2017

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib

01-07-2022

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

“İxrac İcmalı”nın iyul sayı təqdim olunub

01-08-2022

Azexport.az portalına 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

27-12-2018

Azexport.az-a ən çox hansı ölkədən sifariş gəlir?-Hesabat

24-10-2017

Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

30-09-2020

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019

Azərbaycan qeyri-neft ixracından nə qədər qazanıb?

20-11-2017

“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

02-04-2023

Azərkosmos 15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib

01-03-2019

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə