Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin birinci kurs tələbəsi Murad Əhmədov V “Cyber Summer School 2026” düşərgəsi çərçivəsində keçirilən “Capture The Flag” yarışında 1-ci yerə layiq görülüb. Qalibə “CrowdStrike” və “Techpro” şirkətləri tərəfindən hədiyyələr təqdim olunub.
Xeberler.az bildirir ki, bu barədə AzTU-dan məlumat verilib.
V “Cyber Summer School 2026” düşərgəsi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə Mingəçevir şəhərində keçirilib.
Düşərgə çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətlərini əhatə edən intensiv təlim proqramı təşkil edilib. Proqrama praktiki laboratoriya məşğələləri, komanda fəaliyyətləri, SCADA sistemləri üzrə təlimlər, idman və intellektual yarışlar, eləcə də “Capture The Flag” kibertəhlükəsizlik yarışları daxil edilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları