Previous Next
Bağla

Mingəçevirdə V “Cyber Summer School 2026” start götürüb

07-07-2026 14:09
Mingəçevirdə V “Cyber Summer School 2026” start götürüb

Mingəçevir şəhərində V “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetidir.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “Qlobal Təhlükəsizlik” mükafatına layiq görülən “Cyber Summer School” layihəsi bu il ilk dəfə olaraq paytaxtdan kənarda – Mingəçevirdə təşkil edilir. Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması, gənclərin nəzəri bilik və praktiki bacarıqlarının artırılması, regionlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də bu sahədə gənclər arasında peşəkar əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra “Cyber Summer School” layihəsinin ötən illər ərzində keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Açılış mərasimində çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, “Cyber Summer School” artıq ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən aparıcı təhsil platformalarından birinə çevrilib. Onun sözlərinə görə, layihə yalnız təlim proqramı deyil, eyni zamanda gənclərin peşəkar mühitlə yaxından tanış olması, praktiki təcrübə qazanması və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsi üçün mühüm imkan yaradır.

Pənah Musayev qeyd edib ki, bu il düşərgəyə ölkənin 60 regionundan 100-dən artıq tələbə və şagird qatılıb. Bu göstərici layihəyə marağın ildən-ilə artdığını, regionlarda kibertəhlükəsizlik sahəsində biliklərin artmasını və gənclərin bu istiqamətdə peşəkar inkişafına mühüm töhfə verdiyini nümayiş etdirir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında belə nüfuzlu layihənin məhz Mingəçevirdə keçirilməsini şəhərin təhsil, innovasiya və gənclər siyasəti sahəsində artan potensialının göstəricisi kimi dəyərləndirib. O vurğulayıb ki, Mingəçevir bu gün yalnız sənaye və energetika mərkəzi deyil, eyni zamanda müasir biliklərin, rəqəmsal texnologiyaların və innovativ təşəbbüslərin inkişaf etdiyi mühüm regional mərkəz kimi tanınmaqdadır.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında rəqəmsal bacarıqların inkişafının dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, müasir dövrdə kibertəhlükəsizlik qlobal çağırışlardan biri kimi xüsusi əhəmiyyət daşıyır və bu sahədə savadlı, məsuliyyətli və peşəkar gənc kadrların hazırlanması strateji vəzifələrdəndir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov çıxışında bildirib ki, müasir dünyada kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. O qeyd edib ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə milli kiberməkda müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də kibertəhdidlərə qarşı proaktiv fəaliyyətin təşkili, təhlükəsizlik boşluqlarının ən qısa müddətdə aşkarlanması və aradan qaldırılmasında yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir. Davud Rüstəmov çıxışında qlobal kibertəhdidlərin miqyasının artan dinamika ilə davam etdiyini diqqətə çatdıraraq bu sahədə beynəlxalq statistik göstəricilərə də toxunub. O bildirib ki, Azərbaycana məxsus İP aralıqda qurulmuş ”kiber tələ”  (“honey pot”) infrastrukturunun göstəricilərinə əsasən son 24 saat ərzində 56 min kiberhücum qeydə alınıb. Belə tətbiqlər, ölkəmizin informasiya infrastrukturlarına qarşı yönələn potensial kiberhücum mənzərəsini davamlı olaraq izləməyə imkan yaradır.

Mərkəz rəisi qeyd edib ki, qlobal kibertəhdidlərə qarşı mübarizənin effektiv olması üçün dövlət qurumları, ali təhsil müəssisələri və özəl sektor arasında səmərəli əməkdaşlıq platformaları xüsusi əhəmiyyət daşıyır. Davud Rüstəmov bildirib ki, kibertəhlükəsizlik düşərgəsində dövlət və özəl sektor nümayəndələrinin eyni platformada təmsil olunması iştirakçılar üçün mühüm üstünlüklər yaradır. Onun sözlərinə görə, gənclər peşəkar təlimçilərin təqdim etdiyi təlimlərdə iştirak edərək, xüsusilə SCADA sistemləri ilə tanış olaraq, belə sistemlərə qarşı yönəlmiş kiberhücumların xarakterini öyrənərək daha geniş təcrübə əldə edə biləcəklər.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında V “Cyber Summer School 2026” layihəsinin məhz Mingəçevirdə keçirilməsini region universitetlərinin inkişafı, rəqəmsal transformasiyanın sürətləndirilməsi və əmək bazarının tələblərinə cavab verən müasir kadr hazırlığı baxımından mühüm hadisə kimi qiymətləndirib. Rektor bildirib ki, beynəlxalq statistik məlumatlara əsasən, dünyada hər 39 saniyədən bir kiberhücum baş verir. Bu hücumlar qlobal iqtisadiyyata milyardlarla dollar həcmində ziyan vurur və onların qarşısının alınması sistemli yanaşma, peşəkar kadr hazırlığı və güclü institusional əməkdaşlıq tələb edir. Anar Eminov qeyd edib ki, Mingəçevir Dövlət Universiteti son illərdə süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, innovasiya və dayanıqlı inkişaf istiqamətlərini öz fəaliyyətinin əsas prioritetləri sırasında müəyyənləşdirib. Universitetin başlıca məqsədlərindən biri tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, eyni zamanda real sektorun tələblərinə uyğun praktiki bacarıqlara yiyələnməsidir. Onun sözlərinə görə, hazırda universitetdə informasiya təhlükəsizliyi ixtisası üzrə 118 tələbə təhsil alır. Bununla yanaşı, 70 tələbənin iştirakı ilə AKTA təşəbbüsü ilə yaradılmış Kiber klub çərçivəsində gənclər kibertəhlükəsizlik sahəsində müxtəlif layihələr həyata keçirir, bilik və bacarıqlarını praktik mühitdə inkişaf etdirirlər.

Tədbirdə motivasiya çıxışı ilə iştirak edən “CrowdStrike” şirkətinin regional sistem mühəndisi Orxan Həbibzadə kibertəhlükəsizlik sahəsində uğurlu karyera qurmağın əsas prinsiplərindən danışıb. O qeyd edib ki, onun uğurlu karyerası sayəsində nüfuzlu PaloAlto şirkətinin ilk azərbaycanlı əməkdaşı olub.  O xüsusi qeyd edib ki, bu istiqamətdə peşəkar inkişaf davamlı öyrənmə, praktiki təcrübə, analitik düşüncə, komandada işləmək bacarığı və daim yenilənən texnologiyalara uyğunlaşmaqdan keçir. Eyni xarakterli motivasiya çıxışı ilə AKTA təşəbbüsü ilə yaradılan Kiber Diaspora üzvü Elgün Bəxtiyaroğlu öz fikirlərini bildirib. O, Kanadada qurulan Texio Akademiyası təcrübəsindən və gələcəkdə hər bir CSS iştiakçısının yarada biləcəyi layihə imkanlarından danışıb. 

Qeyd edək ki, yay məktəbi çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətləri əhatə edən intensiv təlim proqramı təşkil olunacaq. Proqrama praktiki laboratoriya məşğələləri, komanda fəaliyyətləri, idman və intellektual yarışlar, eləcə də beynəlxalq təcrübədə geniş tətbiq olunan və YER Hostinq şirkəti tərəfindən keçirilən “Capture The Flag” (CTF) kibertəhlükəsizlik yarışları daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
"Azerconnect" şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

"Azerconnect" şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

01-08-2023
Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

23-04-2025
İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026
AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024
AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025
“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

03-02-2026
"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
Azərbaycan Universitetində “MilliSec”  şirkətinin nümayəndələri ilə görüş olub

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025
Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024
Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

14-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə