Azercell Telekom Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli “Samsung S6 Edge“ kampaniyasına başlayır.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, mayın 23-dən kampaniya çərçivəsində bütün mövcud və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri Ekspres Ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə bilər.
Telefonu əldə etdikdən sonra abunəçi 12/18 faktura dövrü ərzində aşağıdakı cədvələ uyğun olaraq aylıq abunə haqqı ödəməli olacaq:
Tarif paketinin adı |
“Samsunq S6 Edge” markalı cihaz ilə bağlı 12 Faktura dövrü ərzində ödənilən paketin və cihazın cəmi haqqı (ƏDV daxil) |
“Samsunq S6 Edge” markalı cihaz ilə bağlı 18 Faktura dövrü ərzində ödənilən paketin və cihazın cəmi haqqı (ƏDV daxil) |
Hədsiz |
139 AZN |
109 AZN |
Hədsiz Zəng |
119 AZN |
89 AZN |
Hədsiz İnternet |
109 AZN |
79 AZN |
Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir.
“Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi sifariş edildikdə 2 dəfə pulsuz yararlanma imkanı təqdim olunur. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər.
Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən Azercell Ekspres və ya Müştəri Xidmətləri ofislərinə müraciət edə bilər.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri