Previous Next
Bağla

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018 17:41
Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN ximət”) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib.

Xeberler.az  bildirir ki, forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə universitetdə tələbələrə hər zaman aktiv vətəndaşlıq ideyasının aşılandığını bildirib. Prorektor könüllülük prinsipinin inkişaf etdirilməsi üçün bütün təşkilatların və qurumların əməkdaşlığının vacibliyini vurğulayıb. F.İsmayılzadə könüllük hərəkatının daha da inkişaf edəcəyinə ümidvar olduğunu və bu işə dəstək olan qurumlara, o cümlədən “Coca-Cola” şirkətinə öz minnətdarlığını bildirib.

Daha sonra, “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycanda hazırki könüllülük hərəkatının uğurlarını vurğulamış və könüllüləri təbrik ediblər. “Coca-Cola” şirkətinin Qafqaz üzrə regional meneceri Adrian Çernautan gəncləri könüllülər günü münasibətilə təbrik etdi və onlara “Coca-Cola”-nın sosial layihələrində aktiv iştiraklarına görə təşəkkür etdi:

“Biz “Coca-Cola” olaraq könüllülərin böyük qüvvə olduğuna inanır və onların təşkilatlar, özəl sektor və cəmiyyət arasında oynadığı körpü rolunu yüksək qiymətləndiririk. Qeyd edim ki, “Coca-Cola” sadəcə qlobal içki şirkəti deyil, həm də fəaliyyət göstərdiyi ölkələrin sosial məsuliyyətli bir vətəndaşıdır. Cəmiyyətin inkişafı üçün, eyni zamanda, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çoxsaylı proqramlara dəstək oluruq və könüllülər də bu proqramların ayrılmaz bir hissəsidir. İnanırıq ki, tərəfdaşlar və könüllülərlə birlikdə insanların həyatında müsbət dəyişikliklərə nail ola biləcəyik”.

Bundan başqa, o, Azərbaycanda şirkətin bu istiqamətdə könüllülərin dəstəyilə həyata keçirdiyi uzun-müddətli layihələr haqqında məlumat verib. Belə ki, ADA Universiteti ilə birgə reallaşdırılan “Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində damcı suvarma sistemi ilə təchiz edilmiş 50 000-dək ağac əkilmiş, ASAN könüllüləri ilə birgə 9 ildir ki, ard-arda təşkil olunan sahilyanı ərazilərdə təmizlik aksiyaları baş tutmuş və regionda yaşayan minlərlə xanımı biznes fəaliyyətinə həvəsləndirən təlimlər keçirilmişdir. Tədbirdə “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırır” müsabiqəsi üzrə ən yaxşı hekayə, ən yaxşı foto və video laureatları üzrə könüllülər təltif olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start verildi

11-03-2020

Bakcell innovasiya və inkişafı dəstəkləyir

10-04-2018

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

28-11-2019

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025

Dünyanın ən qiymətli markaları

07-10-2011

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

23-09-2020

Coca-Cola yenidən ən bahalı brendlərin beşliyinə düşüb

15-10-2018

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

24-09-2019

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024

Bakcell bu verilişə dəstək olub

30-03-2018

Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

20-09-2021

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019

“1 Gənc - 1 Hekayə - 1 Uğur”

19-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə