“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

08-07-2023 / 15:27

6-7 iyul 2023-cü il tarixində “SABAH.HUB” İnnovasiya Mərkəzinin təşkilatçılığı və "Bakcell" MMC-nin dəstəyi ilə "Baku ID'23" ("Bakı İnvestisiya Günü") baş tutub.

"Bakcell" şirkəti ölkə üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirin sürət partnyoru kimi çıxış edib.

Azərbaycanda startap və innovasiya ekosistemini daha da irəliyə aparmaq məqsədi ilə yaradılmış investisiya tədbirində 100-dən çox yerli və xarici investor, yüzlərlə startap və ekspertlər iştirak edib. Regionun ən yaxşı startap layihələri ilə tanış olmaqla yanaşı, "Baku ID'23" çərçivəsində Bakıda bir araya gəlmiş yerli və xarici startaplar, investorlar qlobal ekosisteminin gələcəyi mövzusunda çıxışlar edib, sessiya və panel müzakirələri keçiriblər.

Tədbir çərçivəsində “İnfrastruktur və texnologiyanın kəsişməsi: Ağıllı və bir-biri ilə əlaqəli cəmiyyətlərin qurulması” mövzusunda keçirilən panel müzakirəsində "Bakcell" şirkətini marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib.

Xatırladaq ki, ölkədə “Bakcell ilə ən sürətli ol” şüarı altında genişmiqyaslı kampaniya həyata keçirən "Bakcell" “NEQSOL Holding”in tərkibinə daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə