Bakıda növbəti - dördüncü ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransının ikinci günü keçirilib.
Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin, dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak ediblər.
Azərbaycanın Milli Depozit Mərkəzinin idarə heyətinin sədr müavini Rəna İsgəndərova bildirib ki, Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) məlumatların qorunması üçün ciddi tədbirlər həyata keçirir.
"Biz Azərbaycan fond bazarının infrastrukturunda mərkəzi mövqedə olan Milli Depozit Mərkəzi (MDM) olaraq, ölkənin əsas informasiya mənbələrinə sahibik və kibertəhlükə ilə üzləşə bilərik. Məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə, giriş nəzarəti və məlumatların minimallaşdırılması daxil olmaqla, ciddi tədbirlər həyata keçiririk", - o qeyd edib.
R.İsgəndərovanın sözlərinə görə, MDM-nin missiyası dayanıqlı, effektiv və etibarlı bir depozitar ekosisteminin yaradılmasıdır ki, bu da kapitallaşdırma bazarının inkişafına və rəqəmsal xidmətlərin təşviqinə yönəlib. Bu məqsədlər MDM-nin strategiyasında ətraflı şəkildə əks olunub.
O, həmçinin, hazırda MDM-nin rəqəmsallaşma prosesindən keçdiyini və bunun üçün keyfiyyətli IT sisteminin zəruri olduğunu vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri