Previous Next
Bağla

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024 17:06
Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu”nda "Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti" paneli təşkil olunub.

Forumun 2-ci panelində Azərbaycanda Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyətinə toxunulub, təkliflər səsləndirilib.

İlk çıxış edən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idarə rəisi Elçin Mahmudov bildirib ki, kiber təhdidlərə qarşı birgə mübarizə aparılmalıdır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışında sahə üzrə hərbi xidmətə yollanan çox sayda güclü mütəxəssislərin olduğunu qeyd edib:

"Düşünürəm ki, kiber ordunun yaradılması çox vacib məsələdir. Uzun müddətdir bunu təklif edirik, amma bu xeyli çətin yoldur".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli isə bildirib ki, kiber təhdidlərlə mübarizədə həm özəl, həm dövlət qurumlarının birgə əməkdaşlığı effektiv həlldir. O, maarifləndirmə tədbirlərinin sayının artırılmasına da ehtiyac olduğunu deyib:

"Əsas amil ictimaiyyətin maarifləndirilməsidir. İstənilən halda maarifləndirmə tədbirləri vətəndaşa çatmalıdır ki, onlar bu təhdidlərin idarə edilməsini təmin edə bilsinlər".

Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov bu sahədə ümidli olduqlarını vurğulayıb:

"Ekosistemin bir iştirakçısı olaraq ümidliyik. Bizim iddiamız bu sahədə ən yaxşı tərəfdaş olan qurum olmaqdır".

Paneldə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnformasiya Təhlükəsizliyi departamentinin rəhbəri Namiq Heydərov informasiya təhlükəsizliyinin bir neçə kommunakisayadan ibarət olduğunu qeyd edib:

"İnsan faktoru çox önəmlidir. Ona görə də davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirilməlidir . Həmçinin, innovativ texnologiyalara sərmayə etmək lazımdır".

Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub (bizim.media).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransının ikinci günü keçirilib

Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransının ikinci günü keçirilib

20-09-2024
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

19-09-2024
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025
ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024
Oktyabr “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur

Oktyabr “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur

05-10-2022
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024
ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024
Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024
Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə