Previous Next
Bağla

Azərbaycanın İT mütəxəssisləri beynəlxalq müsabiqəyə hazırlaşır

30-11-2015 10:20
Azərbaycanın İT mütəxəssisləri beynəlxalq müsabiqəyə hazırlaşır

Azərbaycanın İT-mütəxəssisləri Cisco şirkətinin keçirdiyi beynəlxalq Cisco IT Battle (it-battle.com) müsabiqəsində iştirak edəcək.

 Şirkətdən Xeberler.az-a verilən məlumata görə, müsabiqədə EMEAR regionunu (Afrika, Yaxın Şərq, Avropa və Rusiya/MDB ölkələri) təmsil edən İT-mütəxəssislər dəvət iştirak edə bilər.

 Müsabiqədə iştirak edən İT-mütəxəssislər öz həmkarlarına qarşı keçiriləcək təkbətək

İT-yarışlarda informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarını sınayacaqlar.

Müsabiqənin qalibi 16-19 fevral 2016-cı il tarixlərində Berlində keçiriləcək “CiscoLive” konfransına pulsuz (bilet və oteldə yerləşmə daxildir) səfər etmək şansını əldə edəcək.

Bu  müsabiqə haqqında İT-mütəxəsisləri daha geniş maraqlandırmaq üçün 2-5 dekabrda keçiriləcək Bakutal-2015 sərgisinin ziyarətçiləri Cisco IT Battle çərçivəsində özlərinin şəbəkə texnologiyaları sahəsindəki bilik və bacarıqlarını da yoxlaya biləcəklər. Bu məqsədlə Cisco-nun stendi müvafiq iş yerləri ilə təchiz olunacaq. 4-5 dekabr tarixlərində isə AzNet tədris mərkəzi Cisco-nun Azərbaycandakı Akademiyasının təlimatçıları və dinləyiciləri üçün bir sıra tədbirlər təşkil edəcək.

Bununla yanaşı, BakuTel-2015 tədbirində Cisco-nun Rusiya/MDB ölkələrində iş üzrə vitse-prezidenti Conatan Sparrou (Jonathan Sparrow) və (virtual olaraq) şirkətin vitse-prezidenti, informasiya təhlükəsizliyi üzrə baş direktoru Con Styuart (John Stewart) iştirak edəcək.

 Con Styuartın virtual iştirakı ilə sessiya 2 dekabr tarixində Cisco şirkətinin Cisco TelePresence immersiv iştirak sisteminin yardımılə təşkil olunacaq.

Həmin sessiyanın iştirakçıları cari kibertəhlükələrin xüsusiyyətlərini, kiber cinayətkarlara qarşı əks tədbir vasitələrini və Azərbaycanda informasiyanın qorunması sahəsindəki son durumu müzakirə edəcəklər.

Qeyd etmək lazımdır ki, Cisco İT Battle müsabiqəsi bir neçə mərhələdən ibarət olacaq.

Qeydiyyatdan sonra iştirakçılara təsnifat sualı veriləcək. Bu suala düzgün cavab verən kəslər müsabiqədə iştirak etmək hüququnu qazanacaqlar. Bir müsabiqə iştirakçısının keçirəcəyi təkbətək İT-yarışların sayı 40-dan çox ola bilməz. Bu və ya digər mərhələni necə keçməsindən asılı olaraq iştirakçılar avtomatik olaraq bir pillə yuxarı qalxacaqlar və ya bir pillə aşağı düşəcəklər. Ümumilikdə, Cisco-nun CCNA, CCNP və CCIE sertifikatlaşdırma proqramlarına uyğun olaraq 3 növ yarış nəzərdə tutulub.

Təkbətək yarışlardakı müvəffəqiyyət, sualların mürəkkəblik səviyyəsi, cavablara sərf edilən vaxt iştirakçının reytinqinə təsir edir: sözügedən göstəricələr nə qədər yüksək olarsa onun reytinqi də bir o qədər yüksək olacaq, və əksinə. Məhz ümumi reytinq siyahısında lider pilləsinə yüksələn edən İT-mütəxəssis “Cisco IT Battle” müsabiqəsinin qalibi olacaq.

 Cisco IT Battle müsabiqəsində komanda hesabı da mövcuddur: hər bir iştirakçının reytinqi onun təmsil etdiyi ölkənin reytinqinə də birbaşa təsir edir. Müsabiqə başa çatdıqdan sonra ən yüksək reytinqi olan ölkə qalib elan olunacaq. İlk beşliyə daxil olan ölkələri təmsil edən ən güclü iştirakçılar “Fast Lane” tədris mərkəzlərində Cisco kurslarına 5-20 faiz endirim, həmçinin “Plantronics” dəstləri və ya qulaqlıqlar əldə edəcəklər. 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

Bakıda Cisco-nun forumu öz işinə başladı

26-05-2015

4 mindən çox İT mütəxəssisə təlim keçilib

28-07-2015

Xeberler.az Cisco forumunun media tərafdaşı seçilib

22-05-2015

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

Cisco-nun 25 yaşı tamam olur

26-11-2009

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

AzTU-da Cisco akademiyası fəaliyyətə başlayıb-Foto

06-06-2016

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

16-11-2024

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə