Previous Next
Bağla

Bakıda hansı daha sərfəlidir: Uber, yoxsa şəxsi avtomobil?

07-10-2016 12:34
Bakıda hansı daha sərfəlidir: Uber, yoxsa şəxsi avtomobil?

Məlum olduğu kimi, Bakıda 1,5 illik fəaliyyət göstərən Uber paytaxt sakinləri və qonaqları arasında yüksək təlabata sahib olub. Hər keçən gün ölkəmizdə fəaliyyətini genişləndirən Uber bir sıra yeni xidmətlər təklif edib. 

Xeberler.az məlumat verir ki, bu dəfə  yeni texnologiya olan Uber-in qiyməti ilə şəxsi avtomobillərin qiyməti müqayisə edilib.

Şirkətin bununla bağlı apardığı sorğunun nəticəsini təqdim edirik:

Avtomobil eksperti Emin Mövsümov B və C sinfinə aid olan şəxsi avtomobil istifadəsinin orta illik xərclərini təqdim edib:

“Misal üçün, Hyundai Accent markalı avtomobil gün ərzində 40 km məsafə qət edir, yəni bir ay ərzində - 1 200 km. İl ərzində bu rəqəm 14 400 km təşkil edir. Eyni zamanda, avtomobilin yol vergisi də daxil olan texniki baxışdan keçməsi təxminən 20 manata, əyləc qəliblərinin dəyişdirilməsi isə 200 manata başa gəlir. Avtomobil sahibi il ərzində yol qaydalarını pozduğuna görə təxminən 150 manat cərimə ödəyir, avtomobilin yuyulmasına ildə 220 manat, şinlərin amortizasiyasına 100 manat, xırda təmir işlərinə 150 manat xərcləyir. Şəhər şəraitində hər 100 km-ə 10 litr, magistral yollarda isə 7 litr yanacaq sərfiyyatı hesablanarsa il ərzində benzinə xərclənən orta vəsait 870 manat təşkil edir”.

Daha ətraflı:

Avtomobilin amortizasiyası – 400 AZN

Benzin – 870 AZN

Yuyulma – 220 AZN

Xırda təmir işləri – 150 AZN

Cərimələr – 150 AZN

Texniki baxış – 20 AZN

Sığorta – 75 AZN

Əyləy qəliblərinin dəyişdirilməsi – 200 AZN

Şinlərin amortizasiyası – 100 AZN

Parkinq – 120 AZN

Yağ və yağ filtri – 195 AZN

Hava filtri – 50 AZN

Cəmi – 2 550 AZN

Eyni zamanda, Həzi Aslanov metro stansiyası yaxınlığında yaşayan və şəhərin mərkəzində (28 may metro stansiyası) işləyən sıravi vətəndaş üçün Uber xidməti vasitəsi ilə gedişin qiyməti 4-6 manat təşkil edir. Gündəlik orta xərc təxmini illik iş günlərinin sayına vurulsa (245 iş günü) 2 450 manat alınır.

Göründüyü kimi, şəxsi avtomobilə az xərc sərf etdikdə belə, qənayət 100 manat təşkil edir. Qeyd etmək lazımdır ki, avtomobil xərcləri hesablanarkən onun ciddi sıradan çıxması, “ayıq sürücü” xidməti, qəzalar və digər halları nəzərə alınmayıb. Beləliklə, real qənayət dəfələrlə çoxdur.

Bundan başqa, şəxsi avtomobil ilə gediş zamanı sürücü tez-tez stres yaşayır, bu isə sağlamlığa olduqca ziyandır. Servis vasitəsi ilə isə rahat gediş sinir sitemini qorumağa kömək edir.

Bir müddət öncə Uber Rusiyada servisin aktiv istifadəçiləri arasında innovativ xidmətin istifadəyə verilməsi onların nəqliyyat vərdişlərini nə cür dəyişdiyinə dair sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, Rusiyada aktiv Uber istifadəçilərinin 65%-nin şəxsi avtomobili mövcud deyil və onlar üçün Uber şəhərdaxili səyahət vasitəsinə çevrilib. Şəxsi avtomobilə malik olan və sorğuda iştirak edən insanların 60%-i qeyd edib ki, Uber yarandıqdan sonra avtomobillərindən daha az istifadə etməyə başlayıblar.Gələcəkdə avtomobil almağı planlaşdırdıqları barədə suala isə respondentlərin 56%-i mənfi cavab verib. Əsas səbəblər arasında narahatçılıq (sorğu iştirakçılarının 66%-i) və bahaçılıq (58%-i) yer alıb.

 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Uber-in yeni xidməti fəaliyyətə başladı

Bakıda Uber-in yeni xidməti fəaliyyətə başladı

04-06-2015
Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir

Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir

31-05-2016
Uber Bakıda yeni xidmət istifadəyə verdi

Uber Bakıda yeni xidmət istifadəyə verdi

09-09-2016
Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

19-07-2016
Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017
Uber Bakıda xüsusi avtomobilləri xəttə buraxıb

Uber Bakıda xüsusi avtomobilləri xəttə buraxıb

18-10-2016
Uber-in xidmətindən pulsuz istifadə imkanı

Uber-in xidmətindən pulsuz istifadə imkanı

21-08-2015
CityNet internet qiymətlərini endirdi

CityNet internet qiymətlərini endirdi

19-03-2018
UberX indi daha sərfəli oldu- Qiymətləri  endirdi

UberX indi daha sərfəli oldu- Qiymətləri endirdi

11-03-2016
Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

19-04-2017
Bakıda yeni uberX fəaliyyətə başladı

Bakıda yeni uberX fəaliyyətə başladı

11-11-2015
Azərbaycanda Uber tətbiqi 300 mindən çox yüklənib

Azərbaycanda Uber tətbiqi 300 mindən çox yüklənib

26-04-2017
Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

07-09-2015
Uber və Mastercard Bakıda birgə aksiya keçirir

Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016
Uber Bakıda ən yaxşı sürücüləri mükafatlandırıb

Uber Bakıda ən yaxşı sürücüləri mükafatlandırıb

24-01-2017
“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!   

“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!  

18-07-2022
Uber dünya üzrə 5 milyard səfər həyata keçirib

Uber dünya üzrə 5 milyard səfər həyata keçirib

03-07-2017
Sürücüsüz taksilər dövrü başlayır

Sürücüsüz taksilər dövrü başlayır

01-02-2017
Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

01-08-2016
Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

27-01-2017
Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

28-09-2016
Mastercard və Uber Bakıda birgə aksiya keçirir

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017
Yeni il gecəsi minlərlə Bakı sakini Uber-dən yararlanıb

Yeni il gecəsi minlərlə Bakı sakini Uber-dən yararlanıb

05-01-2017
Bakcell-in meqa lotereyasında 4-cü avtomobil uduldu!

Bakcell-in meqa lotereyasında 4-cü avtomobil uduldu!

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə