Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

01-08-2016 / 12:51

Çinin şəxsi avtomobil sifariş  xidməti Didi Chuxing rəqibi Uber-in Çindəki fəaliyyətini – sistemini satın almaq qərarına gəlib.

Xeberler.az bildirir ki, bu barədə xarici mediada məlumat yayımlanıb.

Qeyd edilib ki, hələ rəsmi olaraq təsdiqlənməyən bu birləşmə sonrasında dəyəri  35 milyard dollar olan  bir şirkət yaranacaq  və Çində taksi sifarişi xidməti ilə bağlı  bir nəhəng ortaya çıxmış olacaq.

Uber  satış sonrasında yeni şirkətin kiçik ortağı olacaq.

Bildiyiniz kimi,  Didi Chuxing hələ ötən  ilin iyununda tam 7.3 milyard dollarlıq nəhəng bir investisiya almışdı.  Görünür, Chuxing bu sahədə sürətlə irəliləyərkən 2017-ci ildə Çin bazarında Didi Chuxing- i keçməyi hədəfləyən Uber-in planları və strategiyası  dəyişib.

Bu satınalma ilə bağlı şirkətlərdən rəsmi açıqlama gəlməyib.

Əslində 7 milyard dollardan çox pulu olan Didi Chuxing və daha əvvəl Çin əməliyyatına 1 milyard dollar yatıran Uber-in birləşməsi olduqca böyük bir razılaşmanın əsəridir.

Bu yeni quruluşun 20 faizi  Uber və Uber-in sərmayəçilərinin olacaq. Yəni, qısacası Uber Çin bazarından çıxmaq yerinə, Çin bazarındakı ən güclü rəqibinin əlini öpməyi tərcih edib.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə