Bakıda “PASHA Holding”in təşkil etdiyi “INMerge” innovasiya sammiti davam edir.
Xeberler.az məlumat verir ki, “InMerge Innovation Summit” regionda innovasiyalar sahəsində ən böyük tədbirdir. Onun işində iştirak edən regionun qabaqcıl şirkətləri, startaplar, habelə investorlar innovasiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bu, həm regionda, həm də Azərbaycanda innovasiya ekosisteminə müsbət təsir göstərir.
Bugünkü müzakirələrdə “YouTube” şirkətinin həmtəsisçisi Stiv Çen, “Amazon” kompaniyasının vitse-prezidenti və texniki direktoru Verner Foqels, Harvard Biznes Məktəbinin professoru, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin təsisçisi Linda Hill, “Starbucks” şəbəkəsinin həmtəsisçisi Zev Siql və “Waze” kompaniyasının rəhbəri Uri Levin, həmçinin Azərbaycandan “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, bu holdinqin ekosistem üzrə baş icraçı direktoru Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və “4SIM”in icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Tədbir müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformasiya sektorlarına həsr olunub.
Əsas müzakirə mövzularına “fintech”, “insurtech”, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq və digər sektorlar kimi cari sahələr daxildir. “Yeni iqtisadiyyat” şaquli çərçivəsində iqtisadi sahədə müxtəlif aktual mövzular, məsələn, istehsalda innovasiyaların stimullaşdırılmasına qabaqcıl texnologiyaların təsiri müzakirə olunacaq.
Sammitdə, həmçinin 25 000 ABŞ dolları mükafat fondu olan startap müsabiqəsi keçiriləcək. Bundan əlavə, startap təsisçiləri investorlardan dəstək və “PAŞA Holding”dən 200 000 ABŞ dollarına qədər əlavə maliyyə vəsaiti ala biləcəklər.
Qeyd edək ki, AZƏRTAC sammitin informasiya tərəfdaşıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri