Previous Next
Bağla

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

17-07-2026 11:19
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Polygraf AI” startapı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Əməkdaşlığın əsas məqsədi Azərbaycanın innovasiya və rəqəmsal inkişaf ekosisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının təhlükəsiz və məsuliyyətli tətbiqinin təşviqi, yerli istedadların inkişaf etdirilməsi, həmçinin qlobal bazarlarda rəqabət aparmaq potensialına malik texnologiya şirkətlərinin formalaşmasına dəstək göstərilməsidir. Əməkdaşlıq Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının məqsəd və prioritetlərinə, habelə Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq həyata keçiriləcək.

Memorandum çərçivəsində Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionlarına xidmət göstərəcək regional Mükəmməllik Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzin mühəndislik, məhsul hazırlanması və texnoloji həllərin tətbiqi üzrə regional platforma kimi fəaliyyət göstərməsi, daha sonra isə texnologiya, mühəndislik və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış yerli komandanın formalaşdırılması planlaşdırılır.

Uzunmüddətli tərəfdaşlıq Azərbaycanın rəqəmsal transformasiya gündəliyinə dəstək göstərməyi, “Polygraf AI”ın texnologiya və təcrübəsinin milli innovasiya ekosisteminin gücləndirilməsində tətbiqi imkanlarını araşdırmağı, eləcə də Azərbaycanın məsuliyyətli süni intellekt üzrə regional mərkəz kimi mövqeyinin möhkəmləndirilməsini əhatə edir. Əməkdaşlıq çərçivəsində süni intellekt, maşın öyrənməsi, məlumatların məxfiliyi, kibertəhlükəsizlik və süni intellektin idarə olunması sahələrində yerli insan kapitalının inkişafına xüsusi diqqət yetiriləcək. Bu istiqamətdə texnoparklar, ali təhsil müəssisələri və Azərbaycan İnnovasiya Mərkəzi ilə əməkdaşlıq əsasında təlim proqramlarının, vörkşopların, masterklasların, mentorluq və təcrübə proqramlarının, eləcə də bilik və təcrübə mübadiləsi təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Polygraf AI” azərbaycanlı sahibkar Yaqub Rəhimov tərəfindən təsis edilmiş süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq startapdır. Şirkət dövlət qurumlarına və biznes subyektlərinə süni intellektdən təhlükəsiz istifadə etməyə, məxfi məlumatların qorunmasına, kibertəhdidlərin qarşısının alınmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan verən texnologiyalar hazırlayır. Hazırda “Polygraf AI” həlləri dünyanın müxtəlif ölkələrində dövlət, maliyyə və korporativ sektorlarda tətbiq olunur. Şirkət “Fortune 500” siyahısına daxil olan korporasiyalar da daxil olmaqla beynəlxalq texnologiya tərəfdaşları və təşkilatlarla əməkdaşlıq edir. Onun hazırladığı texnoloji həllər “Gartner”, IDC, “Omdia” və “Frost & Sullivan” kimi aparıcı beynəlxalq analitik şirkətlər tərəfindən tanınıb. Son illərdə startap bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub, milyonlarla dollar həcmində investisiya cəlb edib və süni intellekt təhlükəsizliyi sahəsində ən perspektivli şirkətlərdən biri kimi qiymətləndirilir.

İRİA ilə “Polygraf AI” arasında anlaşma memorandumu, həmçinin Azərbaycanın startap və texnologiya ekosisteminin inkişafının dəstəklənməsini, texnopark rezidentləri, startaplar və innovatorlarla əməkdaşlığın genişləndirilməsini, tətbiqi süni intellekt və dərin texnologiyalar sahəsində sahibkarlıq ətrafında yerli icmanın formalaşdırılmasını ehtiva edir. Tərəflər süni intellekt, süni intellekt təhlükəsizliyi və idarəçiliyi, məlumatların məxfiliyi, saxta və sintetik məzmunun aşkarlanması, eləcə də digər yeni texnologiyalar üzrə birgə fəaliyyət imkanlarını araşdıracaq. Bu fəaliyyətə Azərbaycanın dövlət və özəl sektorunun ehtiyaclarına uyğun pilot layihələrin, konsepsiyanın təsdiqi layihələrinin və tətbiqi tədqiqatların həyata keçirilməsi daxildir. Əməkdaşlığın digər istiqaməti Azərbaycan texnologiya diasporunun təcrübə və beynəlxalq əlaqələrindən istifadə etməklə ölkənin innovasiya ekosistemi ilə dünyanın aparıcı innovasiya mərkəzləri arasında əlaqələrin gücləndirilməsidir. Bu çərçivədə mentorluq, investisiyaların cəlb edilməsi, qabaqcıl bilik və təcrübənin Azərbaycana ötürülməsi üçün yeni imkanların yaradılması nəzərdə tutulur.

Memoranduma əsasən, İRİA tərəfindən hazırlanmış və ya koordinasiya olunan rəqəmsal məhsul və xidmətlərin beynəlxalq bazarlarda təşviqi və kommersiyalaşdırılması istiqamətində də əməkdaşlıq ediləcək. “Polygraf AI” və İRİA-nın strateji əməkdaşlıq əlaqələrinin mövcud olduğu ölkələrdə, xüsusilə Afrika bazarlarında Azərbaycanın rəqəmsal həllərinin bazara çıxışının asanlaşdırılması, kommersiya tərəfdaşlıqlarının qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır. Bu istiqamətdə ekosistem daxilində fəaliyyətin koordinasiyası, dövlət qurumları və özəl sektor nümayəndələri ilə əlaqələrin yaradılması, B2B və B2G görüşlərinin təşkili, ticarət və investisiyaların təşviqi tədbirləri, eləcə də Azərbaycan rəqəmsal məhsullarının qlobal əhatə dairəsinin genişləndirilməsinə xidmət edən digər təşəbbüslərin reallaşdırılması nəzərdən keçiriləcək.

Qeyd edək ki, imzalanmış anlaşma memorandumu Azərbaycanda süni intellekt və dərin texnologiyalar sahəsində yerli potensialın gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və ölkənin regional innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

03-06-2025
İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024
İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

11-02-2026
Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

29-05-2026
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025
4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024
Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026
"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

12-08-2025
XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024
BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə