Previous Next
Bağla

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024 17:40
4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Bakıda keçirilən “Baku ID” (Baku Investment Day) festivalı çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və SABAH.HUB İnnovasiya Mərkəzi arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu 4SİM-in İcraçı direktoru Fariz Cəfərov və SABAH.HUB-ın İcraçı direktoru Rəhim Bayramlı imzalayıblar.

Memoranduma əsasən, tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, süni intellekt əsaslı beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər.

Sənəd, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasterinin yaradılması üçün birgə səylərin davam etdirilməsi, habelə Dünya İqtisadi Forumunun (DİF) “Qlobal İnnovatorlar” icması ilə oxşar təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir. 4SİM və SABAH.HUB DİF-in “Unicorns” və “Technology Pioneers” icmaları ilə əməkdaşlıq edərək, Azərbaycan startaplarının həmin icmalara üzvlüyünə dəstək olacaq.

Qeyd edək ki, “Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holding”, ABB və “Mappable”, tərəfdaşlar isə 4SİM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir (IDDA). AZƏRTAC tədbirin media tərəfdaşıdır. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024

Bakıda innovasiya festivalı keçirilir

19-06-2025

BANM və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

14-04-2025

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

İnnovasiyaların və startapların inkişafına dair memorandum çərçivəsində layihələr razılaşdırılır

27-03-2024

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

Azərbaycan və Çin əməkdaşlığı müzakirə edilib

07-05-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

“Baku ID” innovasiya festivalı keçirilir

19-06-2025

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə