Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xeberler.az bildirir ki, sənəd “SpaceXAI”ın Grok modelləri əsasında hazırlanan süni intellekt həllərinin dövlət xidmətlərində və Azərbaycanın rəqəmsal transformasiyasının digər prioritet istiqamətlərində tətbiqi imkanlarını nəzərdə tutur. Əsas məqsəd daha keyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin formalaşdırılmasıdır.
Memorandum yalnız bir tətbiq sahəsi ilə məhdudlaşmayacaq, bütün dövlət qurumlarını əhatə edəcək. Tərəflər süni intellektdən istifadə imkanlarını birgə qiymətləndirəcək, uğurlu həllərin dövlət sektorunda geniş tətbiqini nəzərdən keçirəcəklər.
Sənədin imzalanması ilə bağlı Bakıda keçirilən mərasimdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, “SpaceXAI”ın nümayəndə heyəti – Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek, Yaxın Şərq, Şimali Afrika və Türkiyə regionu üzrə qlobal məsələlər və bazar inkişafı rəhbəri Rim Sadek, Hökumətlərlə qlobal əməkdaşlıq bölməsinin bazara çıxış üzrə rəhbəri Nil Perkins iştirak ediblər.
Nazir müavini Rəşad Həsənov bildirib ki, Azərbaycan artıq süni intellektin müzakirəsindən onun tətbiqi mərhələsinə keçib. “Bu istiqamətdə tərəfdaşlar prosesə verə biləcəkləri töhfəyə əsasən seçilir. “SpaceXAI” qabaqcıl süni intellekt modellərinə və geniş mühəndislik imkanlarına malikdir. İmzalanan Anlaşma Memorandumu həmin imkanların dövlət qurumlarının daxili fəaliyyətindən vətəndaşların “mygov” vasitəsilə xidmətlərə çıxışınadək müxtəlif sahələrdə xidmətlərin təkmilləşdirilməsini, həmçinin belə həllərin milli rəqəmsal infrastrukturumuzda tətbiqini araşdırmaq üçün çərçivə yaradır”, – deyə Rəşad Həsənov vurğulayıb.
Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek bildirib: “Biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edərək “Grok”u hökumətə gətirməkdən və vətəndaşlara daha sürətli, daha keyfiyyətli xidmətlərin göstərilməsinə kömək etməkdən məmnunuq”.
Bilik və təcrübənin formalaşdırılması: Azərbaycanın süni intellekt potensialının gücləndirilməsi Tərəflər, həmçinin yerli potensialın gücləndirilməsi, bilik və təcrübə
mübadiləsi, müvafiq bacarıqların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfəsini təmin etməkdir.
Növbəti mərhələ: pilot layihələrdən geniş tətbiqə Əməkdaşlığın növbəti mərhələləri üzrə yol xəritəsi hazırlanacaq. Buraya pilot layihələr, texniki nümayişlər və maraqlı tərəflərlə əməkdaşlıq daxildir. Bu fəaliyyət uğurlu həllərin gələcəkdə daha geniş miqyasda tətbiqi üçün zəmin yaradacaq. Bütün əməkdaşlıq qabaqcıl təhlükəsizlik tədbirləri və müasir məlumatların mühafizəsi protokollarına uyğun olaraq həyata
keçiriləcək. Hər bir konkret layihə tərəflər arasında ayrıca razılaşma əsasında reallaşdırılacaq.
Qeyd edək ki, Memorandum “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair
2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın, həmçinin Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətindəki fəaliyyətinin məqsədlərinə uyğundur.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları