Previous Next
Bağla

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025 22:38
Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.

Xeberler.az bildirir ki, mərkəzin açılış tədbirində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava, eləcə də çoxsaylı yerli və beynəlxalq dövlət və özəl təşkilatların nümayəndələri iştirak edib.

MDB regionunda ilk olan BTİ Akselerasiya Mərkəzi startapları, biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsini dəstəkləmək məqsədilə yaradılıb.

BTİ Akselerasiya Mərkəzi, sürətlə dəyişən rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir. 

Təşəbbüs BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı”nın bir hissəsi olaraq yaradılıb. Alyans həyata keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivlik və dayanıqlı inkişafı təşviq edir. BTİ Akselerasiya Mərkəzləri dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma rolunu oynayır.

Mərkəzin fəaliyyəti ölkənin milli prioritetlərini BTİ-nin qlobal missiyası ilə uzlaşdıraraq Azərbaycanın regional innovasiya lideri kimi artan mövqeyini gücləndirəcək. Bu strateji tərəfdaşlıq regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan verəcək.

Açılış tədbirində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Mərkəz Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq:

Mərkəzdə startaplar Beynəlxalq Telekommunikasiya İttifaqının metodologiyası və standartlarına əsasən tərtib olunan akselerasiya proqramlarında iştirak edə biləcəklər. Bu, onların qlobal bazarlara çıxışını sürətləndirəcək, eyni zamanda qabaqcıl dünya təcrübəsi ilə ölkəmizdə innovasiya mədəniyyəti də inkişaf edəcək”.

Qeyd edək ki, Regional Akselerasiya Mərkəzi Azərbaycan İnnovasiya Mərkəzinin inzibati binasında fəaliyyət göstərəcək. Burada tədbir zalları, iclasların və təqdimatların keçirilməsi üçün otaqlar, eləcə də təlim və kovörkinq sahəsi mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025

İnnovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

26-11-2025

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr müzakirə edilib

26-07-2023

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının regional seminarı keçirilir

14-12-2009

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

17-11-2025

"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17-12-2025

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

16-11-2024

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025

Rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

28-11-2025

Azərbaycana BTİ-nin layihəsinə tərəfdaş olmaq təklifi edilib

10-03-2025

Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

08-08-2025

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə işçi qrupunun 4-cü iclası keçiriləcək

03-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə