Bakıda “Tech-Tech Xanım” layihəsinin açılışı olub

16-05-2015 / 19:07

May13-də  Azercell Plazada “WoWoman: Tech-Tech Xanım. Project Launch” tədbiri keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirin  təşkil olunmasında məqsəd isə xanımları prespektivli İT sahəsinə cəlb etmək, və bu sahənin verdiyi imkanları işıqlandırmaq olub.

Tədbir zamanı iştirakçılar“Tech-Tech Xanım” layihəsinin proqramı ilə tanış olublar, İT sahəsinin qabaqcıl mütəxəssisləri ilə ünsiyyət qurub, həmçinin qadınlar üçün mobil tətbiqetmənin yaradılması üzrə master-klassda iştirak ediblər.

Tədbirdə İT mütəxəssisləri qadınlarla təcrübələrini  paylaşıb.

Məlumat Xidmətləri bölməsinin rəhbəri Ramin Orucov, SİNAM  şirkətində texniki analist  Roza Həmzəyeva uğurlu nikahlarının təcrübəsi, üstünlüklərini və sirlərini iştirakçılarla bölüşüblər.

Bununla yanaşı, tədbir zamanı Millikart-ın layihə meneceri Səbinə Mirzəyeva  böhran zamanı başlanılmış startap layihəsinin incəlikləri haqqda danışıb, İnfipro-nun marketinq üzrə meneceri Kəmalə İsmayılova isə iştirakçılara İnfipro şirkətində iş qazanmaq imkanını təqdim edib, həmçinin xanımaları arzularına gedən yolda təslim olmamağa motivasiya edib.

Bonn Universitetinin kompüter elmləri  üzrə magistrı Günay Kazımzadə  isə iştirakçı xanımlardan biri ilə birgə mobil tətbiqetmənin yaradılmasında master-klass nümayiş edib.

“Tech-Tech Xanım” layihəsinin meneceri Günel Hüseynova İT-nin əsasları təlimi üzrə gələcək seçim mərhələsini elan edib. O bildirib ki,  seçim 25 maya kimi açıq elan olunacaq və iştirak etmək istəyən hər kəs qeydiyyatdan keçə bilər.

 “Tech-Tech Xanım” layihəsinin komandası qadınların İT sahəsində imkanlarının genişləndirilməsi üçün çalışır və bu yolda layihəni Uber şirkəti dəstəkləyir. Uber bütün iştirakçılarına Azercell-in təqdim etdiyi tədbir məkanına öz avtomobilləri vasitəsi ilə təmannasız gedişi təmin edib.

 WoWoman sosial platforması Tech-Tech Xanım layihəsi bir müddət öncə fəaliyyətə başlayıb. Layihənin məqsədi, zərif cinsin nümayəndələrini informasiya və texnologiyalar sahəsi ilə daha yaxından tanış etmək, və onlara müvafiq biliklər qazanmaqda kömək etməkdir.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə