Previous Next
Bağla

Xanımlarımız da mobil tətbiqlər yaratmağı öyrənir

03-05-2016 21:22
Xanımlarımız da mobil tətbiqlər yaratmağı öyrənir

İKT-də Qızlar Günü – qızlar və gənc qadınlar üçün İKT-nin yeni yönlərini görmək və onları öz gələcəklərini texnologiyaya bağlamağa həvəsləndirmək üçün bir imkandır. Bu günki gün artıq 111 000-dən artıq gənc xanım dünyanın 140 ölkəsində yer almış 3500 tədbirdə iştirak edib.

Wowoman Tech Tech Xanim və FEMMES DIGITALES  Azərbaycanın İKT qadınlarının birgə əməkdaşlığı sayəsində  ADA universitetində mobil tətbiqetmələrin hazırlanması üzrə təlimlər təşkil edilib.

Xeberler.az-ın məlumatına görə, ADA Universitetində mobil tətbiqetmələrin yaradılması üzrə seminarda proqramlaşdırma sahəsində heç bir təcrübəsi olmayan qızlar özləri tətbiqetmə yaratmışlar, həmçinin burada İKT-nin gələcəyi və Tech xanımların bu sahədəki imkanları müzakirə olunub.

Master-klas zamanı qızlar öz ideyalarının dizaynı və prototipini yaratmağı,öz mobil tətbiqetmələrini yaratmağı, tətbiqetməni yoxlamağı, tətbiqetməni müxtəlif sahələrdə yayımlamağı öyrənib.

Yuxarı sinif şağırdləri və bakalavrın ilk kursunun tələbələri üçün təşkil olunmuş bu seminarda 65 gənc xanım təlim keçmiş və öz mobil tətbiqetmələrini yaratmağı öyrənib.

Master-klasların təlimçisi Xəzər Universitetinin lektoru, Bakı Britaniya məktəbinin İKT-instruktoru və WoWoman-ın Tech Tech Xanim layihəsinin meneceri Günay Kazımzadə olub.

Seminarın gedişi boyu qeyd olunub ki , tətbiqetmələrin inkişafı STEM, texnologiyalar, PBL, kritik düşüncə və yüksək düşüncə sahəsi üçün təbii haldır:

"Artıq bir neçə il sonra İKT sahəsinin tədris proqramında mövcud olan hazırki tıxacı aradan qaldırdıqdan sonra baş verə biləcək kəskin dəyişiklikləri təsəvvür edin. Word və Excel-dən istifadə qaydalarını öyrənməkdən darıxan şagirdlərin əvəzinə bir sərbəst şəkildə mobil tətbiqetmə yaza bilən 11 yaşlı məktəblilərə sahib olacağıq".

Bildirilib ki, 16 yaşlarında isə onlar artıq formal məntiq haqda tam təsəvvürə malik olacaqlar və öz smartfonları üçün tətbiqetmələr yarada biləcəklər ki, indi bu, yalnız universitet kurslarında mümkündür.

Mobil tətbiqetmələri yarada bilmək qızlara bu sahənin sürətlə inkişaf edən imkanlarına nəzər salmağa və texnologiyalar vasitəsilə nələrsə yaratmaq şansı verir.

WoWoman- Tech Tech Xanim layihəsi – İT elmini qadınlar arasında yaymağa və onların öz gələcəklərini bu sahəyə bağlamağa həvəsləndirməyə yönəlmiş bir WoWoman layihəsidir. Layihəyə 600-dən artıq müraciət verilib və 400 qızın iştirak edə biləcəyi 15 uzun və qısamüddətli kurslar hazırlanıb. Java Web Development kursları Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən dəstəklənən layihələrdən biridir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xanımlar üçün “Web Dizayn” üzrə növbəti workshop keçiriləcək

12-04-2016

Xanımların İKT-yə marağını artırmaq üçün təlim keçirilib

20-09-2015

Tech-Tech Xanım 2 yaşını qeyd edəcək

01-05-2017

Bakıda “Tech-Tech Xanım” layihəsinin açılışı olub

16-05-2015

Tech-Tech Xanım İT Yay Məktəbi üçün seçimlərə başladı

09-06-2016

Xanımlar üçün İT təlimlər başlayır

11-09-2015

Xanımlar üçün növbəti İT təlimlər başlayır

03-02-2016

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Xanımlar üçün növbəti İT təlimlərə başlanır

11-09-2016

Tech-Tech xanımlar mükafatlandırılacaq

00-00-0000

Tech-Tech xanımlar mükafatlandırılacaq

11-12-2015

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016

Xanımlar üçün Freelance Developer işləməklə bağlı seminar

19-03-2016

Azərbaycanda ilk dəfə xanımlar üçün Linux Workshop keçirilib- Fotolar

12-03-2016

Tech-Tech Xanım təlim iştirakçılarını mükafatlandırdı - Fotolar

13-12-2015

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016

Qadınlar üçün növbəti İT seminar keçiriləcək

13-08-2015

Proqramçı olmaq istəyən xanımların nəzərinə

28-01-2017

WoWoman ABŞ səfirliyi ilə böyük layihəyə başlayır

22-08-2017

Xanımlar üçün İT Yay məktəbi və HR kursuna başlanır- Fotolar

07-06-2016

Xanımlar üçün Linux Workshop təşkil ediləcək

07-03-2016

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə