Previous Next
Bağla

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016 16:39
İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq martın 12-də  Bakı Əyləncə Mərkəzində Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES təşkilatçılığı ilə “Yaz Günləri” adlı konfrans və Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qadınların boulinq üzrə ilk çempionatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirin sponsorları qismində B.EST Solutions, Microsoft, Cybernet, CDB Bank, Azertelecom, ULTRA Technologies, Optic Gallery və Tech-Tech Xanım şirkətləri çıxış edib.

Tədbir Azərbaycanda qız və qadınların İT texnologiyalara marağının və məlumatlılığının artırılması və xanımlarım İKT sahəsində təhsil və karyera qurmağa həvəsləndirilməsi istiqamətində həyata keçirilən silsilə təşəbbüslərin davamıdır.

Konfransın gündəliyi müxtəlif məzmunlu təqdimat və çıxışlarla zəngindir. Tədbirin gedişatında Beynəlxalq İKT-də Qızlar Gününün qeyd edilməsi ilə bağlı ADA Universitetində tədbirin keçirilməsinə dair məsələlər müzakirə edilib, yerli banklarda tətbiq edilən innovativ texnologiyalar haqda məlumat verilib.

Microsoft şirkətinin ödənişsiz təhsil resursları layihəsinin və FEMMES DIGITALES-lə birgə Tech-Tech Xanım tərəfindən həyata keçirilən “Techno-vision” proqramının təqdimatı keçirilib. İştirakçılar həmçinin ULTRA Technologies şirkətinin həyata keçirdiyi Proqramlaşdırma Məktəbinə necə qatılmaq, beynəlxalq “Imagine Cup” müsabiqəsinin qalibi olmuş Spinal startapının inkişafına töhfə verməyin yolları və İKT sahəsində icra edilən digər layihələr barədə məlumat əldə ediblər.

Klubun tədbirlərində artıq yerini tutmuş ənənəyə sadiq qalaraq, konfrans zamanı qadınların İKT sahəsində rolu və mövcud stereotiplərlə bağlı kişilərin mövqeyi də səsləndirilib. Bu dəfə tədbirdə qonaq qismində tanınmış bloqer, Autograph.az onlayn jurnalının təsisçisi və direktoru və HansaWorld şirkətinin tərəfdaşı Ramin Musayev iştirak edib.

Tədbirin ikinci hissəsində Azərbaycanda ilk dəfə olaraq İKT sahəsində çalışan xanımların boulinq üzrə ilk çempionatı təşkil edilib. 10-a yaxın komandanın qatıldığı yarışmanın nəticələrinə əsasən ilk üç yeri Cybernet, Tech-Tech Xanım və B.EST Solutions komandaları tutub.  Sonda çempionatın qalibləri və iştirakçıları müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb. 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015

İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

15-02-2016

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014

Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

06-11-2017

Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015

Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi

20-09-2015

Qadınların İKT Klubu yaradıldı

04-12-2014

Azərbaycanın İT xanımları seçilib- Fotolar

27-01-2017

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

18-05-2018

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə