Previous Next
Bağla

Bakıda “SG Azerbaijan 2024” tədbiri keçirilib

11-06-2024 18:57
Bakıda “SG Azerbaijan 2024” tədbiri keçirilib

Azərkosmos, Kosmik Nəsil Məşvərət Şurası (SGAC), Gənclər Fondu (AzGF) və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Space Generation Azerbaijan 2024” (SG Azerbaijan) tədbiri keçirilib. Artıq ikinci dəfə təşkil olunan tədbir “Üfüqlәri aşaraq: dayanıqlı kosmos, dayanıqlı yer” mövzusuna həsr olunub.

Açılış mərasimində çıxış edən Azәrkosmosun İdarә Heyәtinin sәdri Saməddin Əsədov, AzGF-nin icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilov və SGAC-nin direktoru Nikol Koleva dayanıqlılıq və kosmos mövzularının ahəngi, bu iki sahənin qarşılıqlı əlaqəsinin dərindən başa düşülməsinin vacibliyini qeyd ediblər.

BMT-nin Kosmik Mәsәlәlәr üzrә İdarәsinin direktoru Aarti Holla-Maini öz videomüraciətində tədbir iştirakçılarını salamlayaraq bildirib ki, gənclər gələcəyin qərar qəbul edənləridir və buna görə kosmik sahənin gələcəyi onların əllərindədir. Natiqin sözlərinə görə, bu günün siyasi qərar qəbul edənlərinin – dövlət rəhbərləri və digər nümayəndələrin üzərinə isə kosmik sahənin dayanıqlılığının təmin edilməsi ilə bağlı gənclərdən gələn təşəbbüsləri dinləmək məsuliyyəti düşür.

Dünya İqtisadi Forumunun məlumatına əsasən, hazırda müxtəlif qlobal istiləşmə göstəricilərini ölçən 160-dan çox peyk var və əsas iqlim dəyişənlərinin yarısından çoxunun yalnız kosmosdan ölçülməsi mümkündür.

“SG Azerbaijan 2024” həm yerli, həm də qlobal miqyasda kosmik təşəbbüslərin gündəlik həyatda necə töhfə verə biləcəyi haqqında məlumatlılığı artırıb, eyni zamanda iştirakçıları ekoloji cəhətdən məsuliyyətli kosmik fəaliyyətə səsləyib.

“SG Azerbaijan 2024” 18-35 yaş qrupuna aid, dayanıqlılığa maraq göstərən tələbələr, gənc mütəxəssislər və həvəskarlar da daxil olmaqla müxtəlif şəxsləri bir araya gətirməklə əməkdaşlıq və bilik mübadiləsi platforması rolunu oynayıb. İştirakçılar interaktiv təqdimatlar, seminarlar və müzakirələr vasitəsilə innovativ ideyalarla təcrübələrini zənginləşdirmək imkanı əldə ediblər.

SGAC ilə əməkdaşlıq yalnız bu tədbirlə məhdudlaşmır. Belə ki, təşkilatın yerli təhsil müəssisələri ilə birgə fəaliyyətinin davamlı olması üçün iş aparılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

30-03-2023

Azercosmos və Kosmik Nəsil Məşvərət Şurası memorandum imzalayıb

20-11-2019

İqlim dəyişikliyi ilə mübarizədə kosmik məlumatların rolu çox vacibdir

16-11-2024

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb  

22-09-2022

“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

09-10-2024

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

05-10-2024

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023

Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

02-10-2023

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə