Previous Next
Bağla

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

30-03-2023 12:59
Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

"Azərkosmos" ASC və Kosmik Nəsil Məşvərət Şurasının (SGAC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçiriləcək.

“Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş tədbir 27 aprel tarixində ADA Universitetində təşkil olunacaq.

Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” günü kimi qeyd edilir. Bu il 27 aprel tarixinə təsadüf edən bu əlamətdar günün məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sahədə rolunun artırılmasına dəstək verməkdir.

“SG Azerbaijan” tədbirinin də əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir. Xatırladaq ki, ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, hüquqşünas, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar qadınlar vardır.

“SG Azerbaijan” tədbirində Azərbaycanın bütün bölgələrindən tələbələrin, gənc mütəxəssis və alimlərin, kosmos həvəskarlarının bir araya gəlməsi nəzərdə tutulub. Tədbir çərçivəsində iştirakçılar kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə, vebinarlarda, master-klaslarda və netvörkinqdə iştirak etmək imkanı əldə edəcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “SG Azerbaijan 2024” tədbiri keçirilib

11-06-2024

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

“Qadınlar üçün Kosmos” mentorluq proqramının seçim mərhələsi yekunlaşıb

01-03-2024

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

Peyk texnologiyalarının nəqliyyatın idarə olunmasında rolu müzakirə olunub

16-10-2023

“Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlanıb

12-02-2025

Azercosmos və Kosmik Nəsil Məşvərət Şurası memorandum imzalayıb

20-11-2019

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır

27-04-2023

Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

27-04-2023

Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

12-10-2022

24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24-04-2025

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

24-09-2025

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

21-04-2021

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015

Azərbaycanda İKT Qızlar Günü keçiriləcək

10-09-2013

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

05-10-2024

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

Ümumdünya Kosmos Həftəsi başlayıb

05-10-2022

“Game Summit 2026” tədbiri keçiriləcək

21-04-2026

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə