Previous Next
Bağla

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025 07:44
Bakıda Qlobal Gənclər Sammiti keçirilib

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration 2025) keçirilib.

Xeberler.az bildirir ki, 60-dan artıq ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında
iştirakını təşviq etmək olub.

Qlobal Gənclər Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış ediblər.

Çıxışlarda gənclərin İKT sahəsində fəal iştirakının, eləcə də kosmik sənayenin, texnologiyanın qlobal inkişaf məqsədlərinin inkişafında rolunun vacibliyi vurğulanıb.

Açılış mərasimindən sonra “Nəsillərarası dialoq” sessiyası keçirilib. Burada BTİ-nin altı regional nümayəndəliyindən və Azərbaycandan olan gənclər fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Milli Aviasiya Akademiyasında, Azərkosmosun KOSMİK Akademiyasında və STEAM İnnovasiya Mərkəzində interaktiv sessiyalar, seminarlar və dialoqlar təşkil olunub. Milli Aviasiya Akademiyasında gənc peşəkarlar üçün İKT vasitəsilə bərabər imkanların yaradılmasına həsr olunmuş interaktiv sessiya keçirilib. Simulyatorlara, aerokosmik laboratoriyalara və aviasiya texnologiyaları mərkəzinə texniki ekskursiya təşkil edilib.

Azərkosmosun KOSMİK Akademiyasında ali məktəb tələbələri üçün “Beynəlxalq Kosmik Stansiya (ISS) ilə telekommunikasiyanın qurulması” seminarı keçirilib. Seminarda tələbələr öz orbital antenlərini yığaraq Beynəlxalq Kosmik Stansiya ilə canlı rabitə qurmağı öyrəniblər. STEAM İnnovasiya Mərkəzində astronavtlarla – Alper Gezeravcı (Türkiyənin ilk astronavtı), Tuva Cihangir Atasever (Türkiyənin ikinci astronavtı), Dumitru-Dorin Prunariu (Rumıniyanın ilk astronavtı) interaktiv panel baş tutub. Panel müzakirəsi kosmik tədqiqatlarda telekommunikasiyanın roluna həsr olunub və imza sessiyası ilə başa çatıb.

Tədbir günü “Hilton” otelində keçirilmiş mədəni və nəsillərarası şəbəkələşmə görüşü ilə yekunlaşıb. Bu görüş “WTDC-25” iştirakçılarını, gənc peşəkarları və ictimaiyyətin tanınmış simalarını bir araya gətirərək əməkdaşlıq və dialoqun inkişafına şərait yaradıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Qlobal Gənclər Günü keçiriləcək

29-10-2025

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025

Bakıda “SG Azerbaijan 2024” tədbiri keçirilib

11-06-2024

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

15-01-2025

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə