Dünyanın ən kiçik kompüteri hazırlandı

25-02-2011 / 16:16

ABŞ-da dünyanın ən kiçik kompüteri hazırlanıb. Qlaukoma xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş bu kompüterin eni və uzunu 1 millimetrdir. 

Ultra kiçik mikroprosesorlar, təzyiqölçən, nazik batareya, Günəş enerjisi ilə "qidalanan" akkumulyator və məlumatı kənardakı qəbulediciyə ötürə bilən naqilsiz radioqurğudan ibarət kiçik kompüter insan gözündəki təzyiqi ölçür.

Miçiqan Universitetinin professorları Dennis Silvester, Devid Blau və Devid Vetslofun ixtirası olan bu kiçik kompüter məlumatları müəyyən tezliyə sazlanmış kompüterə də ötürə bilir. //milli.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə