"Rail Rzayevin qatili məlumdur" başlıqlı məktub açmayın!
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin sui-qəsd nəticəsində qətlə yetirilməsi günlərdən bəri ölkə mediasının əsas mövzularından birinə dönməklə bahəm, İnternetdə virus yaymaqla məşğul olanların gerizəkalı "seçim"inə çevrilib.
Dünən ölkənin bir çox kütləvi informasiya vasitələrinə, habelə "Ekspress" qəzetinin ünvanına "Rail Rzayevin qatili məlumdur" başlıqlı məktub göndərilib.
"Salam, necesiz? Son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri olan general Rail Rzayevin qətli barədə maraqlı materiallar əldə olunub. Zənnimcə, sizə də maraqlı ola bilər. Xahiş edirəm, əlavə olunmuş papkaya baxasınız. Fikrinizi bilmək mənə də maraqlı olardı. Ən xoş arzularla", məktubun mətni belədir.
Özünü "hərbi ekspert Hikmət Namazaov" kimi təqdim edən və "[email protected]" ünvandan məktubu yollayan şəxsin naməsinə əlavə etdiyi "Rail_Rzayevin.qatili.rar" arxiv faylında isə "Rail_Rzayev.exe" adlı virus var.
Həmin fayl isə "troyan" və "buts" viruslarının primitiv simbiozudur. Belə viruslu faylı elektron poçtdan kompüterə yükləyəndən sonra arxifləşmiş faylın adına şirniklənib onu açan şəxs ciddi problemlərlə qarşılaşır. Onun kompüteri ən yaxşı halda "troyan"a yoluxaraq yaddaşdakı bütün parollar, kodlar və giriş iznlərini (loqin), habelə elektron poçt proqramındakı ünvanları virusu yollayanın kompüterinə İnternet vasitəsilə yollayır. Hadisələrin ən pis ssenarisi isə kompüterin ağır virusa yoluxması, əvvəlcə sistem faylları, sonra isə kompüterdəki bütün məlumatları silməsi və sonda da diski formatlaşdıraraq sıradan çıxarmasıdır. www.qaynar.info
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri