Previous Next
Bağla

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019 17:26
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Xeberler.az bildirir ki, 3-6 dekabr tarixlərində “Bakutel” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi təşkil olunacaq. Bu gün tədbirlə bağlı mətbuat konfransı keçirilib. 

Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Tədbirin baş sponsoru “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir. 

Mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel” sərgisinin ildən-ilə əhəmiyyətinin və iştirakçıların sayının artdığını, yubiley sərgisinə 23 ölkədən 238 şirkətin qatılacağını deyib.

Nazir müavini qeyd edib ki, ölkəmizin İKT sahəsini tərənnüm etdirən, dünyaya çatdıran “Bakutel 2019” sərgisi bu sahədə regionun ən önəmli tədbirlərindəndir. Sərgidə 25 il ərzində 50 ölkədən 3 min şirkət təmsil olunub və 160 min ziyarətçi iştirak edib. 

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu tədbiri dəstəkləyir. Hər il sərgidə il ərzində gördüyümüz işlərə yekun vururuq. Nazirlik tərəfindən təşkil olunan milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də bir sıra startap layihələri yer alıb. Sərginin ikinci zalında “IoT” (əşyaların interneti) texnologiyaları təqdim olunacaq. Azərbaycanda son illər bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirilir”, – deyə E.Vəlizadə bildirib.

Nazir müavini “Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun müxtəlif xidmət və layihələrini nümayiş etdirəcəyini vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018
Bakutel 2015-də  200-dən artıq şirkətin iştirakı gözlənilir

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015
Bakutel 2015 - Fotolarda

Bakutel 2015 - Fotolarda

02-12-2015
Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018
Bakutel 2019 çərçivəsində Danışan məktub filminin təqdimatı keçirilib

Bakutel 2019 çərçivəsində Danışan məktub filminin təqdimatı keçirilib

07-12-2019
Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019
Bakutel ilə bağlı mətbuat konfransı keçiriləcək

Bakutel ilə bağlı mətbuat konfransı keçiriləcək

27-11-2015
Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010
Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015
“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013
Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya  edib

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018
“Yeni həyat: texnologiyalardan incəsənətə”

“Yeni həyat: texnologiyalardan incəsənətə”

10-11-2014
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008
Bakıda “BakuTel-2010” sərgisi açıldı

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010
Bakutel 2015 sərgisi işə başladı

Bakutel 2015 sərgisi işə başladı

02-12-2015
“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək

“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək

02-12-2014
Məşhur İT şirkətlər Bakıya gəlib

Məşhur İT şirkətlər Bakıya gəlib

04-12-2017
Sabah Bakutel 2015 sərgisi keçiriləcək

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015
Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015
“Bakutel  aparıcı biznes rəhbərlərinin görüş yeridir”

“Bakutel aparıcı biznes rəhbərlərinin görüş yeridir”

05-12-2017
Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018
Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

15-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə