SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025”də iştirak edəcək tələbələr və onların elmi rəhbərləri ilə görüş keçirib.
Xeberler.az bildirir ki, görüş zamanı Elmar Qasımov müsabiqənin əhəmiyyətinə toxunaraq, bu cür beynəlxalq platformalarda iştirakın tələbələrin bilik və bacarıqlarının inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb. O, tələbələrə dəyərli tövsiyələr verib və onları layiqli şəkildə ölkəmizi və BANM-ı təmsil etməyə çağırıb.
Rektor çıxışı zamanı Bakı Ali Neft Məktəbinin əvvəlki illərdə “TEKNOFEST”də əldə etdiyi uğurları xatırladaraq, bu ənənənin davam etdirilməsinin vacibliyini qeyd edib.
O, bildirib ki, builki festivalda Azərbaycandan təmsil edilən komandaların 70 faizini (6 komanda) məhz BANM tələbələri təşkil edir və bu, Ali Məktəbin yüksək potensialının göstəricisidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları