Bayram günlərində “Teleradio” kommersiya telepaketini açıq yayımlayacaq

04-05-2021 / 18:24

Bayram günləri ilə əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) tərəfindən təqdim olunan kommersiya televiziya paketi açıq yayımlanacaq.

“Teleradio”dan Xeberler.az-a bildirilib ki, qurumun Gəncə, Quba və Lənkəran Radio-Televiziya Yayım Stansiyalarından çoxproqramlı (82 xarici TV proqram) TV yayım mayın 9-dan 20-dək açıq (kodsuz) yayımlanacaq.

Qeyd edək ki, hazırda bölgələrdə kommersiya yayımına qoşulmaq imkanı qeyd olunan şəhər və rayonlardan başqa, həmçinin ətraf ərazilərdə (Samux, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl, Astara, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Dəvəçi və sair) mümkündür. Kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılıb və aylıq abunə haqqı 6 AZN təşkil edir.

Siyahı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://teleradio.az/elan-3/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə