Previous Next
Bağla

Bölgələrdə analoq yayım dayandırılır

01-12-2016 13:10
Bölgələrdə analoq yayım dayandırılır

Məlumat verdiyimiz kimi, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldı.

Qeyd edilmişdi ki, dekabrın 1-dən isə respublikanın digər ərazilərində də tam olaraq rəqəmli televiziya yayımına keçilməklə, analoq yayım dayandırılacaq.

Məsələ ilə bağlı Teleradio İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Qurumdan verilən məlumata görə, bu gündən etibarən regionlarda mərhələli şəkildə anoloq yayım dayandırılmağa başlayıb.

Belə ki, dekabrın ilk 10 günlüyündə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırılacaq.

İkinci mərhələdə dekabrın 10-dan Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygol, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Məngəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq yayım dayandırılacaq.

Üçüncü mərhələdə dekabrın 20-dən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında analoq yayım dayandırılmaqla rəqəmsal yayıma keçid həyata keçiriləcək.

Teleradio İstehsalat Birliyindən verilən məlumata görə, bölgələrdə yaşayan əhali anloq yayıma keçidlə bağlı onları narahat məsələlərə aydınlıq gətirmək üçün 411 nömrəli Qaynar xətt-ə zəng edə bilər:

“Artıq səhər saatlarından başlayaraq Qaynar xətt xidmətinə rayonlardan çoxsaylı müraciətlər daxil olur. Qeyd etdiyimiz kimi, yalnız ilkin mərhələdəki rayonlardan yox, digər bölgələrdən müraciətlər alırıq. Onlara rəqəmli yayıma keçidlə bağlı təlimatları izah edirik, əlavə suallarınızı cavablandırırıq”.

Qeyd edilib ki, bölgələrdəki əhali dekoderləri Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmaz poçt şöbələrindən əldə edə bilər.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri (Set-Top-Box) 22 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sabahdan 32 rayonda analoq yayım dayandırılır

Sabahdan 32 rayonda analoq yayım dayandırılır

09-12-2016
Daha 14  rayonda analoq yayım dayandırılır

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016
Bu ərazilərdə analoq yayım dayandırıldı

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016
Ölkədə rəqəmli yayıma keçidlə  bağlı Qaynar xətt yaradılıb-Video

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016
MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016
Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016
Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011
RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011
Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016
Rəqəmsal yayıma keçid :“Səhərdən 400-ə yaxın zəngə cavab vermişəm”

Rəqəmsal yayıma keçid :“Səhərdən 400-ə yaxın zəngə cavab vermişəm”

01-11-2016
“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016
Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016
TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb

TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb

12-11-2015
MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

01-11-2016
“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016
Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015
Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

10-03-2012
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25-05-2017
ASAN Radio Gəncədə yayıma başladı

ASAN Radio Gəncədə yayıma başladı

21-11-2017
Veb-kamera quraşdırılan seçki məntəqələri - SİYAHI

Veb-kamera quraşdırılan seçki məntəqələri - SİYAHI

08-11-2010
“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016
Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015
MSK seçkilərdə veb-kamera quraşdırılacaq məntəqələrin sayını açıqladı (siyahı)

MSK seçkilərdə veb-kamera quraşdırılacaq məntəqələrin sayını açıqladı (siyahı)

01-11-2010
 Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə