Previous Next
Bağla

BDU “TEKNOFEST-2024”ün finalında iki komanda ilə təmsil olunur

05-09-2024 13:44
BDU “TEKNOFEST-2024”ün finalında iki komanda ilə təmsil olunur

Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-Akdeniz 2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində iki komanda (“BSU Creativity Workz” və “ESST-6”) ilə təmsil olunur.

Xeberler.az bildirir ki, festivalın “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxan “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsində əşyaların interneti (IoT) texnologiyasındakı innovativ sistem vasitəsilə əkin sahələri, tarlalar və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə 20-dən çox parametrin, o cümlədən torpaq nəmliyi, UV miqdarı, temperatur, torpaqdakı duzlaşma, pH dəyəri, CO₂ səviyyəsi və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkün olacaq. Bundan əlavə, sahibkarlar bu parametrləri uzaqdan idarə etməklə, aqrar sahədə insan əməyini və maddi resursları minimuma endirə biləcəklər. Layihə, həmçinin kənd təsərrüfatı sahələrini kamera nəzarəti altında saxlamaq, səmərəliliyi və davamlılığı artırmaq, ətraf mühitin təsirlərindən qorumaq, pul və vaxta qənaət etmək, kənd təsərrüfatında insan əməyini azaltmaq məqsədlərini daşıyan multidisiplinar bir məhsul kimi təqdim edilib. Bununla zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb.

Layihə sintezlənmiş super absorbent polimer (SAP) hidrogellərlə parklar və magistral yol kənarındakı yaşıllıq ərazilərdə suvarma sisteminə ehtiyac olmadan torpağın nəmliyini tənzimləyə bilən bir sistemin inkişafını da nəzərdə tutur.

“TEKNOFEST-2024”ün finalına yüksələn ikinci BDU komandası “ESST-6” isə “E-tarım sulama” layihəsi ilə təmsil olunur. Layihə kiçik miqdarda maliyyə sərf etməklə yüksəkkeyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək “TEKNOFEST-Akdeniz 2024”ün finalında 1270 komanda, 6514 finalçı yarışır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri tutub

BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri tutub

26-09-2024
Tələbələrimiz “TEKNOFEST-2023”ün finalında

Tələbələrimiz “TEKNOFEST-2023”ün finalında

10-03-2023
BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

11-04-2025
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023
  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib   

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022
UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar

UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar

09-08-2021
“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” tədbiri keçirilib

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” tədbiri keçirilib

16-04-2025
Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” xidməti aktivləşdirilib

Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” xidməti aktivləşdirilib

19-03-2025
“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025
BDU-nun komandası "TEKNOFEST-2025"in qalibi olub

BDU-nun komandası "TEKNOFEST-2025"in qalibi olub

22-09-2025
Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026
BDU-nun komandası “TEKNOFEST-2025”in finalında iştirak edir

BDU-nun komandası “TEKNOFEST-2025”in finalında iştirak edir

18-09-2025
Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024
Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023
"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022
Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023
Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

29-04-2022
Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023
Bakı Ali Neft Məktəbinin komandası “TEKNOFEST-2024”ün qalibi olub

Bakı Ali Neft Məktəbinin komandası “TEKNOFEST-2024”ün qalibi olub

09-09-2024
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019
“Azercell” ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

“Azercell” ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

26-07-2023
Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024
BDU-da “Smart Agro Technology” layihəsinin növbəti təlimi keçirilib

BDU-da “Smart Agro Technology” layihəsinin növbəti təlimi keçirilib

12-09-2024
Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

30-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə