Berlin Senatının iki idarəsinin şəbəkəsinə haker hücumu edilib.
Xeberler.az "DPA" agentliyinə istinadən məlumat verir ki, hücuma Berlin Senatının Şəhərsalma, Tikinti və Mənzil məsələləri üzrə İdarəsi, həmçinin Mobillik, Nəqliyyat, Ətraf mühitin mühafizəsi və İqlimin qorunması üzrə İdarəsi məruz qalıb.
Hücumun digər dövlət qurumlarına yayılmasının qarşısını almaq məqsədilə həmin idarələr hökumət şəbəkəsindən ayrılıb.
İnsidentin araşdırılmasına Berlinin Cinayət İşləri üzrə Dövlət İdarəsi, Berlin Prokurorluğu və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarə (BSI) cəlb olunub. Paytaxtda, həmçinin böhran vəziyyətinin idarə edilməsi üzrə qərargah yaradılıb.
Hələlik haker hücumu nəticəsində məlumat sızmasının baş verib-vermədiyi məlum deyil.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları