Hollandiya və Türkiyə arasındakı gərginlik Twitter platformasına da təsir edib.
Xeberler.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, Türkiyədən Twitter-ə qarşı reallaşdırılan haker hücumları nəticəsində bir neçə böyük təşkilatın Twitter hesabı ələ keçirilib.
Hücuma məruz qalan bütün hesablardan #Nazialmanya və #Nazihollanda həştəqi ilə başlayan türk dilində tweet və Rəcəb Tayyib Ərdoğan üçün hazırlanmış bir video paylaşılıb.
Ələ keçirilən bəzi hesabların profil və arxa fon şəkilləri Türkiyə bayrağıyla dəyişdirilib.
Twitter Counter adlı Hollandiya mərkəzli üçüncü partiya bir analitik tətbiqi sayəsində həyata keçirilən kiber hücum həm fərdi, həm də korporativ hesabların ələ keçirilməsinə səbəb olub.
Twitter şirkəti bu gün bir neçə böyük şirkət və təşkilatın hesabına haker hücumu olduğunu təsdiq edib.
Şirkət bununla bağlı araşdırma apardıqlarını bildirib.
Rəsmilərin sözlərinə görə, hakerlər tətbiqə üçüncü tərəfi gətirib və artıq onun girişi ləğv edilib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri