Previous Next
Bağla

Bestcomp Group Mərkəzi Asiyadakı tərəfdaşları üçün konfrans keçirib

23-10-2019 11:07
Bestcomp Group Mərkəzi Asiyadakı tərəfdaşları üçün konfrans keçirib

“Hyatt Regency Tashkent” mehmanxanasında Bestcomp Group beynəlxalq şirkətlər qrupu dünyanın aparıcı İT vendorları və Özbəkistan, Azərbaycan, Tacikistan, Türkmənistan və Qırğızıstandan olan tərəfdaşların iştirakı ilə təqdimat konfransı keçirib.

Xeberler.az bildirir ki, Bestcomp Group şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində Hewlett Packard Enterprise, HP Inc., Lenovo DCG, Lenovo PSG, Acer, Microsoft, Eaton, APC by Schneider Electric, Radware, Microfocus Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribüteri, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir. 

120-dən çox tərəfdaş şirkətin qatıldığı təqdimat konfransında iştirak edən  Bestcomp Group-un Müşahidə Şurasının Sədri Rauf Həsənov açılış nitqində Özbəkistan və Azərbaycan xalqlarının qardaşlığı, iki ölkə arasındakı iqtisadi əməkdaşlığı, həmçinin Bestcomp Group şirkətlər qrupunun fəaliyyəti və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları seqmentində tərəfdaşlıq münasibətlərinin strategiyası və inkişafını xüsusilə vurğuladı.

“Bestcomp Group”un Mərkəzi Asiyada regional ofisinin Baş Direktoru Xəlil Ələkbərov isə, şirkətin böyük texnoloji imkanlarından və tərəfdaşlar üçün açılan fürsətlərdən danışdı. O, həmçinin, “Bestcomp Group” Mərkəzi Asiya Regional Ofisinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim etdi.

Konfransın rəsmi hissəsində dünyanın qabaqcıl İT şirkətlərinin aparıcı menecerləri İT sahəsində olan son yeniliklər, sistem inteqrasiyası və informasiya təhlükəsizliyi sahəsindəki maraqlı yeni həllər haqqında danışdılar.

Təqdimatçılar arasında Lenovo PSG şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda korporativ sifarişçilərlə iş üzrə meneceri Qaziz Abdrassilovu, Lenovo Data Center Group Məlumat Mərkəzi üçün həllərin satışı şöbəsinin rəhbəri Anton Boldini; HP Inc. şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda satış kanallarının inkişafı üzrə meneceri Andrey Naumenkonu və  HP Inc. distribusiyası üzrə meneceri Aleksandr Jelezkovu; Radware şirkətinin MDB və Baltika ölkələri üzrə direktoru Dmitriy Xusinskini; Eaton şirkətinin regional satış nümayəndəsi Kerim Çeliki; Acer şirkətinin Orta Asiya, Qafqaz, Türkiyə və Qazaxıstan üzrə regional direktoru Mixail Konstantinovu xüsusilə vurğulamaq istərdik.

Konfransın rəsmi hissəsinin sonunda Mərkəzi Asiya ölkələrindəki tərəfdaşlar üçün təşviqedici proqram elan edildi. Belə ki, proqramın qalibləri 2020-ci ilin iyun ayında Formula 1 Qran Prisində iştirak etmək üçün “odlar diyarı” Bakı şəhərinə dəvət ediləcəklər.

Axşam tədbiri rəqs qrupunun, vokal-instrumental ansamblın və “Özbəkistanın Səs”i müsabiqəsinin qalibi Səbinə Mustayevanın iştirakı ilə keçən ziyafət məclisi ilə başa çatdı.

Tədbir boyunca iştirakçılar dünyanın aparıcı İT brendləri HP İnc., Lenovo və Acer şirkətlərindən dəyərli hədiyyələr qazandılar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bestcomp Group” xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu

12-03-2020

Azərbaycan İT şirkəti ABŞ-da xüsusi mükafat alıb

16-09-2017

Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

30-08-2022

Ölkənin ən böyük IT şirkəti səhmdar cəmiyyətə çevrilib

12-01-2022

"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

08-11-2025

Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016

Bakutel-2018 sərgisində Edulicense portalı istifadəyə verilib

06-12-2018

Aztelekom IPTV xidmətləri üçün avadanlığın satın alınmasına 550 min manata yaxın vəsait yönəldəcək

16-01-2019

Ədliyyə Nazirliyindən "Bestcomp Group"a 4,3 milyon manatlıq sifariş

30-08-2023

“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

07-09-2023

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

“Xalq Kompüteri” layihəsi çərçivəsində yaxın bir ay ərzində yeni sistem tətbiq ediləcək

18-11-2009

Windows 10 ilə işləyən yeni cihazlar təqdim edildi -Fotolar

28-01-2016

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018

Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

01-09-2019

Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

06-12-2022

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023

Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016

Qazaxıstan nümayəndə heyəti Yüksək Texnologiyalar Parkını ziyarət edib

03-04-2019

Elm və Təhsil Nazirliyinin 40 milyonluq tenderini bu şirkət uddu

09-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə