Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018 / 17:56

Bakıda Intel, Nutanix və Lenovo şirkətləri tərəfindən konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, Gələcəyin Data Mərkəzi Bu Gün! şüarıyla təşkil edilən tədbir Intel, Nutanix və Lenovo şirkətlərinin birgə infrastruktur həllərinə və məlumat mərkəzləri üçün gələcək texnologiyalara həsr olunub. Konfrans iştirakçıları Azərbaycandakı tərəfdaşların həyata keçirdiyi layihələrlə də tanış oldular.

Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer qonaqları giriş sözü ilə salamlayaraq şirkətin korporativ bulud infrastrukturunun qurulmasında uğur qazandığını söyləyib: “Nutanix, bulud mühitində iştirakını genişləndirmək məqsədilə çalışır, bu səbəbdən ortaq ekosistemin inkişafı artım dinamikasının qoruyub saxlamanılması istiqamətində ən vacib komponentə çevrilir. Bizim bulud üzrə mövcud həll yollarımız müasir data idarəetmə ssenarilərində xüsusilə tələb olunur, çünki şirkətlər rəqəmsal transformasiyaya kəçmək ərəfəsindədirlər.” – deyə Piter Meycer bildirib.

EMEA bölgəsində baş direktor müavini və Intelin korporativ vitse-prezidenti Dr. Michael F. Kowalik, gələcəyin məlumat mərkəzləri ilə əlaqədar söylədiyi nitqində vurğulayıb ki, bu gün də hər kəsi rəqəmsal transformasiya mövzusu narahat edir. "Şirkətlər bu istiqamətdə pul qazanmaq və biznesin inkişafına diqqət yetirmək üçün kifayət qədər tez hərəkət etməlidirlər. Buna görə Intel, gələcək üçün rəqəmsal strategiyalar üçün aparıcı drayver olmaq niyyətindədir. Mövcud tərəfdaşlıq sayəsində şirkət Lenovo və Nutanix müştərilərini ən son texnologiyalarla təmin edə bilər və elə bu gün onlara biznesin sürətli transformasiyasına imkan yaradar", - deyə Kovalik qeyd edib.

Konfransın əsas hissəsini Nutanix şirkətlərin Şərqi Avropa və Rusiya üzrə texniki direktoru Maxim Shaposhnikovun çıxıışı yer aldı. Məruzəçi Nutanix-ə dünya bazarında aparıcı yer tutmağa imkan verən həllərinin üstünlüyü haqqında danışıb. "Data mərkəzlərinin daimi təkmilləşdirilməsi infrastrukturu  mürəkkəbləşdirərək yeni investisiyalar tələb edir. Məlumat mərkəzinin İT-landşaftının qurulmabsı paradiqmasını dəyişdirmək tələb olunur. Nutanix tərəfindən yaradılan ekosistem proqramla təyin edilən hesablama üsulları, şəbəkə kommunikasiyaları və “hər şey daxil” prinsipi ilə məlumatların saxlanılmasından istifadə etdikdə yüksək məhsuldarlıq və imtinaya davamlılıq göstərir.” – söyləyərək Maksim Şapoşnikov qeyd edib.

Bildirək ki, Lenovo Datacenter Group-un Azərbaycan üzrə rəhbəri Rasim Bəxşi tədbir iştirakçılarını Lenovo ThinkAgile aparat platforması ilə tanış etdi. Bona Dea International Azerbaijan hospitalında 2017-ci ilin sonunda həyata keçirilən unikal layihənin uğurlarından danışılıb. Bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləyir. Həmin əlavələr Lenovo HX platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və Nutanix-in AHV hipervizoru ilə dəstəklənir. 

Həmçinin Rasim Baxşı onu da deyib ki, Lenovo şirkətinin Intel və Nutanix ilə əməkdaşlığı nəticəsində əldə etdiyi nailiyyətləri bu ilin may ayında New Orleans şəhərində Nutanix.NEXT. konfransında təqdim edilib. Azərbaycandan olan nümayəndə heyəti Nutanix şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə və şirkətin prezidenti Sudiş Nairlə görüş keçiriblər. Görüş zamanı Azərbaycanda həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirilib.

Tədbirin rəsmi hissəsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı-nın direktoru Tural Kərimli tamamlayıb. Yüksək Texnologiyalar Parkı əsasında tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi sahəsində Intel, Nutanix və Lenovo ilə əməkdaşlıq planları barədə məlumat verilib. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə