Previous Next
Bağla

Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

06-12-2022 12:30
Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

Beynəlxalq “Lenovo” texnoloji şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək.

Xeberler.az bildirir ki, bunu “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqo rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə bildirib.

Eyni zamanda Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Görüş zamanı nümayəndə heyətinin rəhbəri şirkətin fəaliyyəti haqqında geniş məlumat verib.

Bildirilib ki, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri və digər müasir texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Lenovo” 180-dən çox bazarda fəaliyyət göstərir.

Öz növbəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo” şirkətinin nümayəndələrinə hökumətin İT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması barədə məlumat verib. Nazir vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan İT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.

Xatırladaq ki, bu günlərdə Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə beynəlxalq İT istehsalçılarının nümayəndələrini və Azərbaycanın korporativ sektorunun 200-dən çox təmsilçisini bir araya gətirən “Lenovo Day Baku” adlı tədbir keçirilib. İştirakçılar regionda rəqəmsal biznes transformasiyasının tendensiyalarını və mövcud problemləri müzakirə ediblər. Tədbir çərçivəsində Azərbaycanda müəssisələrin rəqəmsal ekosistemlərini dəstəkləmək üçün uğurla tətbiq olunan texnoloji həllər və yeni biznes modelləri təhlil olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023

Rəşad Nəbiyev Apple şirkətinin rəhbəri ilə görüşüb

13-12-2025

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022

Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

12-12-2025

Rəşad Nəbiyev CISCO-nun baş vitse-prezidenti ilə görüşüb

15-11-2024

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024

Azərbaycan qlobal İT nəhəngi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

20-06-2023

Bestcomp Group Mərkəzi Asiyadakı tərəfdaşları üçün konfrans keçirib

23-10-2019

Rəşad Nəbiyev “Oracle” şirkətinin vitse-prezidentləri ilə görüşüb

06-03-2026

Rəşad Nəbiyev "AYİB"nın birinci vitse-prezidenti ilə görüşüb

11-11-2024

Rəşad Nəbiyev Dünya Bankının rəsmisi ilə görüşüb

31-10-2025

Rəşad Nəbiyev BP-nin regional prezidenti ilə görüşüb

30-01-2026

Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə olunub

03-06-2025

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022

Lenovo Azərbaycanda smartfon satacaq

02-11-2015

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib

13-03-2021

Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

18-05-2023

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018

“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

07-09-2023

Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

09-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə