Previous Next
Bağla

“Bestcomp Group” xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu

12-03-2020 12:51
“Bestcomp Group” xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu

Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” Tacikistan Maliyyə Nazirliyi üçün “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi layihəsi II” çərçivəsində Dünya Bankının keçirdiyi, toplam dəyəri 4.59 milyon ABŞ dolları olan data mərkəzin yaradılması və müvafiq İT infrastrukturun quraşdırılması tenderlərinin qalibi olub. Şərtlərə görə, məlumat mərkəzi Uptime İnstitute TİER III tələblərinə cavab verməlidir.

Xeberler.az bildirir ki, Tacikistan Maliyyə Nazirliyi ilə “Bestcomp Group” arasında müvafiq müqavilələr mart ayında imzalanıb. “Bestcomp Group” şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov bu hadisəni Azərbaycan İKT sektoru üçün əlamətdar hadisə adlandırıb.

O bildirib ki, son illər Azərbaycanda həyata keçirilən böyük İKT, infrastruktur, rəqəmsal transformasiya layihələri yerli şirkətlərin regional səviyyədə güclənməsinə, xarici ölkələrdə uğurla fəaliyyət göstərməsinə zəmin yaradıb.

Daha sonra R. Həsənov deyib:

“Son illər “Bestcomp Group” data mərkəzlərin, İKT təhlükəsizlik sistemlərinin qurulması, müəssisələrin idarəetməsinin, əməliyyat proseslərinin avtomatlaşdırılması sahəsində böyük nailiyyətlər əldə edib.

“Bestcomp Group” yüzlərlə yüksək ixtisaslı, dünyanın aparıcı şirkətləri tərəfindən sertifikatlaşmış mütəxəssislər çalışır. Şirkətimiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (AZİNTELKOM), “Paşa” Holdinqin “Uptime İnstitut Tier III” sertifikatlı data mərkəzlərinin qurulması layihələrində uğurla iştirak edir.

Məhz son illərdə əldə edilən yeni biliklər, təcrübə və peşəkar yanaşma bizə Dünya Bankı tərəfindən Tacikistan Maliyyə Nazirliyi üçün keçirilən tenderlərin qalibi olmaqda əsas rol oynayıb. Bizim bu uğur Azərbaycandan İKT sahəsində bacarıqların, biliklərin, təcrübənin ixracı deməkdir”.

“Bestcomp Group” şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya regionunda “Lenovo, “HP Inc”., “Hewlett Packard Enterprise”, “Acer”, “Microsoft”, “CISCO”, “Juniper”, “Fortinet, Eaton”, “APC by Schneider Electric”, “Schneider Electric”, “Eltek”, “Benning”, “Radware”, “Microfocus”, “Manage Engine”, “Panduit”, “Tripp Lite”, “Artronic”, “Uniview”, “Apacer”, “Kindermann”, “HID”, “Monacor”, “Qualys”, “Radiflow” kimi dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distribüteri, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə fəaliyyət göstərdikləri ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bestcomp Group Mərkəzi Asiyadakı tərəfdaşları üçün konfrans keçirib

23-10-2019

Azərbaycan İT şirkəti ABŞ-da xüsusi mükafat alıb

16-09-2017

Ədliyyə Nazirliyindən "Bestcomp Group"a 4,3 milyon manatlıq sifariş

30-08-2023

Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

30-08-2022

Ölkənin ən böyük IT şirkəti səhmdar cəmiyyətə çevrilib

12-01-2022

Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013

"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

08-11-2025

Bakutel-2018 sərgisində Edulicense portalı istifadəyə verilib

06-12-2018

Aztelekom IPTV xidmətləri üçün avadanlığın satın alınmasına 550 min manata yaxın vəsait yönəldəcək

16-01-2019

Elm və Təhsil Nazirliyinin 40 milyonluq tenderini bu şirkət uddu

09-12-2022

“Xalq Kompüteri” layihəsi çərçivəsində yaxın bir ay ərzində yeni sistem tətbiq ediləcək

18-11-2009

Naxçıvanda “Xalq Kompüteri” layihəsinin tətbiqinə başlanılıb

09-07-2010

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

İT şirkətlərimiz birgə layihə reallaşdırır

04-12-2015

ASB “Xalq kompüteri” layihəsinə maliyyə dəstəyi təqdim edib

13-06-2010

Azərbaycan İT şirkətləri beynəlxalq tenderdə qalib gələ bilər

25-04-2016

Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

14-07-2016

«Xalq Kompüteri» layihəsi növbəti mərhələdə

30-12-2009

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

12-06-2024

Energetika Nazirliyinə məxsus agentlik də VPN istifadə edəcək

05-10-2020

Data Mərkəz istifadəyə tam hazırdır

23-10-2015

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

Qazaxıstan nümayəndə heyəti Yüksək Texnologiyalar Parkını ziyarət edib

03-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə