Previous Next
Bağla

Windows 10 ilə işləyən yeni cihazlar təqdim edildi -Fotolar

28-01-2016 18:23
Windows 10 ilə işləyən yeni cihazlar təqdim edildi -Fotolar

Bu gün Microsoft Azerbaijan-ın 50-yə yaxın tərəfdaş şirkəti Device Day (Cihaz Günü) tədbirinin iştirakçısı olub.

Xeberler.az-ın məlumatına görə, iştirakçılara biznes mühitində yüksək tələbata malik olan və Windows 10 əməliyyat sistemi üzərində işləyən 20-yə yaxın yeni cihaz təqdim olunub.

Microsoft Azerbaijan Korporasiyası Bakıda təşkil etdiyi Device Day tədbiri çərçivəsində Windows 10 əməliyyat sistemi üzərində işləyən yeni cihazların təqdimatını keçirib.

Microsoft Azerbaijan-ın tərəfdaş şirkətləri biznes mühitində yüksək tələbat qazanacaq planşet, noutbuk və “ikisi birində” olan cihazları nümayiş etdiriblər. Bundan başqa, tədbir iştirakçılarına Windows 10  əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqda məlumat əldə etmək, sərgini ziyarət edib “Windows 10” ilə işləyən yeni model cihazları şəxsən sınamaq imkanı yaradılıb.

Microsoft Azerbaijan şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov  bildirib ki, Microsoft-un Azərbaycanda tərəfdaş şəbəkəsi pozitiv şəkildə inkişaf edir və tərəfdaşların fəallıq səviyyəsi baxımından yüksək potensial mövcuddur.

O bdeyib , bu gün bizim tərəfdaşlıq şəbəkəsi  100-dən çox şirkəti əhatə edir. 2016-cı ildə tərəfdaşlarının sayı artmaqda davam edəcək:

“Tərəfdaşlıq ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün əlverişli imkanlar yaradır və məhz bu, cari ildə Microsoft Korporasiyasının Azərbaycan bazarında prioritet istiqamətlərindən biri olacaq. Bunula yanaşı, biz dövlət və kommersiya təşkilatları ilə əməkdaşlığımızı gücləndirəcəyik və ölkədə innovativ iqtisadiyyatın inkişafına öz töhfəmizi verməkdə davam edəcəyik”.

 “Bu gün HP şirkəti Microsoft Korporasiyasının ən iri tərəfdaşlarından biridir. Uzunmüddətli müvəffəqiyyətli tərəfdaşlıq bizə biznesin inkişafı üzrə fəal mövqenin hazırlanmasına, həmçinin vətəndaş, dövlət və özəl təşkilatlar üçün zəruri məhsul və xidmətləri daha effektiv şəkildə təqdim etmək imkanını yaradıb”, - deyə HP şirkətinin fərdi sistemlərin distribusiyası üzrə meneceri Aleksandr Heybətov qeyd edib.

Tədbirin tərəfdaşları qapalı sessiyanı ziyarət edib,  sözügedən sessiyada Microsoft və Hewlett-Packard şirkətlərinin spikerləri beynəlxalq araşdırma, satışın əsas aspektləri haqda məlumatlar paylaşmaqla yanaşı, şirkət istifadəçiləri üçün cihazların məlum və yeni üstünlüklərini və İT mütəxəssislərinə yaratdığı yeni imkanlarını nümayiş etdiriblər. Eyni zamanda, tədbirdə saxta məhsullar ilə mübarizə, pirat ƏS istifadəsinin mümkün riskləri, bazarın imkanları, “Windows 10”un icmalı və bu ƏS ilə işləyən cihazların imkanları və satış ssenariləri müzakirə olunub.

Bestcomp Group şirkətinin Microsoft məhsulları üzrə meneceri Elçin Məmmədov deyib ki, Bestcomp Group şirkəti Microsoft  Korporasiyasının Azərbaycanda əsas tərəfdaşlarından biridir:

“Biz Microsoft-la həm lisenziyalı həllərin satışı, həm də İT xidmətlərin tam spektri – həllin seçimi üzrə tövsiyələrin verilməsi və pilot şəklində tətbiqindən sistemin istifadəyə verilməsi və texniki dəstəyin göstərilməsinədək əməkdaşlıq edirik. Bizim məqsədimiz “Microsoft” texnologiyalarından istifadə edərkən maksimal nəticə əldə etməkdir, ona görə də hər müştərinin məsələsini həll edərkən sənaye xüsusiyyətlərini, şirkətin miqyasını və biznesın özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq individual və qənaətbəxş həll tapırıq”.

Qeyd edək ki, Device Day çərçivəsində Hewlett-Packard, Intel, Lenovo, Asus, Irbis, Acer, Prestigio  və bu kimi aparıcı kompüter texnikası istehsalçıları Microsoft-un yeni əməliyyat sistemi – Windows 10  ilə işləyən və Azərbaycan istifadəçilərinə artıq əlçatan olan yeni cihazları təqdim ediblər.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

30-10-2017

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

Microsoft Bakıda yeni qurğularını təqdim edib-Foto

13-12-2016

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

Windows 7 sistemi ilə işləyən fərdi kompüter satışları nə vaxt dayandırlır?

04-11-2015

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009

Windows 10 ilə işləyən aktiv cihaz sayı 200 milyonu keçdi

05-01-2016

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Microsoft yeni əməliyyat sistemi təqdim edir

03-10-2008

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft oktyabrda Windows 7 əməliyyatı haqda məlumat verəcək

18-08-2008

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

Microsoft və Yandex əməkdaşlıq edəcək

13-10-2015

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

Windows 7 dilimizə uyğunlaşdırılıb

20-11-2010

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə