Previous Next
Bağla

Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi iş təqdim olunub

16-03-2023 22:54
Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi iş təqdim olunub

Bakıda oktyabrın 2-6 tarixlərində keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresinə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub.

Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3 532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.

“Ölkəmizdən bu il Beynəlxalq Astronavtika Konqresinə təqdim olunan elmi məqalələrin sayı rekord rəqəmə çatıb. Azərbaycanlı alim və gənclər tərəfindən konqresə 214 elmi məqalə təqdim olunub. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır”, – deyə “Azərkosmos”un sədri Saməddin Əsədov bildirib.

Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.

Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.

Qeyd edək ki, hazırda Beynəlxalq Astronavtika Federasiyasının Beynəlxalq Proqram Komitəsi tərəfindən qəbul olunan məqalələr qiymətləndirilir və iki formatda – texniki və ya interaktiv təqdimat sessiyalarında təqdim olunması üzərində işlər aparılır. Elmi məqalələrin tam qiymətləndirilməsi bu ilin aprel ayında yekunlaşacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023
Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

27-04-2023
"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023
Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025
Rəna Cəfərova: "Bakıya 20-dən çox astronavtın səfəri planlaşdırılıb"

Rəna Cəfərova: "Bakıya 20-dən çox astronavtın səfəri planlaşdırılıb"

14-09-2023
2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024
Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

04-09-2023
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc  təmsil edəcək

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024
Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

30-09-2023
Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023
Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025
Beynəlxalq Astronavtika Konqresində məqalə sayına görə Azərbaycan 2-ci yerdədir

Beynəlxalq Astronavtika Konqresində məqalə sayına görə Azərbaycan 2-ci yerdədir

20-09-2025
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021
12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günüdür

12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günüdür

12-04-2025
“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

08-12-2020
Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023
Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021
Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021
Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018
NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

09-02-2023
Bakının 50 ildən sonra Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır

Bakının 50 ildən sonra Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır

02-10-2023
Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019
Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə