Previous Next
Bağla

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019 18:22
Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Xeberler.az bildirir ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.

Bakı Ali Neft Məktəbindən bildirilib ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edirlər.

Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətində Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının magistrantı Ramil Şükürov da yer alıb. Mötəbər beynəlxalq tədbir barədə fikirlərini bölüşən Ramil Şükürov bildirib ki, bu konqresin iştirakçısı olduğu üçün çox sevinir: “70-ci Beynəlxalq Astronavtika Konqresinin Vaşinqton şəhərində keçirilməsi əslində təsadüfi deyildi. Bu konqres Aya enişin 50-ci ildönümünə həsr olunduğu üçün məhz ABŞ–ın paytaxt şəhərində keçirildi. Tarixə bir qədər nəzər salsaq, görərik ki, konqres düz 46 il əvvəl - 1973-cü il oktyabr ayında keçmiş Sovet İttifaqında yalnız bir dəfə məhz Bakı şəhərində keçirilib. Bu da öz növbəsində Azərbaycan dövlətinin kosmonavtika tarixinin təməlini qoyub. Nəticə etibarilə, növbəti ildə təbii ehtiyatların tədqiqi üzrə kosmik texnologiyaların köməyilə elmi mərkəz yaradılıb və kosmik tədqiqatların aparılmasına start verilib. Həmin illərdə tədbirdə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edib. Hazırda isə bu konqres kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya toplamağa nail olub. Bu il Bakı şəhəri hər il keçirilən Beynəlxalq Konqresə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi var. Bu konqres Azərbaycanın turizm sektoruna müsbət təsirini göstərməklə yanaşı, ölkəmizin adət-ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq. Müsbət təsirlərə turizm sektoru ilə birlikdə kosmik sahənin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsi amilini də əlavə etmək olar”, – deyə Ramil Şükürov konqresin əhəmiyyətini qeyd edib.

R.Şükürov konqresə dünyanın bir çox universitetlərindən tələbələr qatıldığını və tədbirdə kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif sessiyalarda iştirak etdiyini də deyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

25-10-2019

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

30-09-2023

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

30-09-2023

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub

11-01-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023

İlham Əliyev 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciət etdi

13-10-2020

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

03-10-2023

Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyasının iclası keçirilib

30-10-2019

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021

“Roskosmos”un rəhbəri Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

02-10-2023

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024

Azərkosmos Parisdə toplantıya qatılıb

26-03-2019

Rəna Cəfərova: "Bakıya 20-dən çox astronavtın səfəri planlaşdırılıb"

14-09-2023

Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

14-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə