Previous Next
Bağla

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023 12:05
Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

Bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb.

Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") sədri Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı Konqresi üçün ümumilikdə 8 000 kvadrat metr sərgi pavilyon ayrılacaq: “Azərbaycanda bu ilin ən böyük işgüzar tədbirlərindən biri olan Beynəlxalq Astronavtika Konqresinə cəmi 100 gün qalıb. Sərgi pavilyonu Konqresə sponsor olacaq beynəlxalq kosmik şirkətləri və sərgi iştirakçılarını qəbul edə biləcək. Sevindirici haldır ki, kosmos sahəsindən olan iri şirkətlər Bakı Konqresinə böyük maraq göstərirlər”.

Agentlik və şirkətlər arasında ABŞ-nin “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Xatırladaq ki, tədbir futuristik Bakı Konqres Mərkəzindən, görkəmli memar Zaha Hadidin layihələndirdiyi möhtəşəm Heydər Əliyev Mərkəzindən və Sərgi pavilyonundan ibarət Bakı Konqres Kompleksində keçiriləcək. Kosmik sahədə qlobal tədbirə hazırlığın digər böyük uğuru Bakı Konqresinə təqdim edilən elmi məqalələrin sayındadır. Bakı Konqresinə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.

“Dünyanın əsas kosmik tədbirinə qeydiyyat sürətlə artır və bütün müraciət edənlərin 50%-dən çoxunu dünyanın müxtəlif yerlərindən olan gənclər təşkil edir. Bakıda keçiriləcək Konqresin onların karyerasına müsbət təsir edəcəyinə inanırıq”, – deyə S. Əsədov hər kəsi qlobal Bakı Konqresinə qoşulmağa dəvət edib.

74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri yaratmaq imkanları olacaq. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır.

Qlobal kosmik tədbirin bir hissəsi olmaqla iştirakçılar, həmçinin Azərbaycanın qonaqpərvərliyi, zəngin mətbəxi və mədəniyyətini görmək imkanı qazanacaqlar. (report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

30-09-2023

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

04-09-2023

NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

09-02-2023

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb

01-10-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

02-10-2023

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023

Rəna Cəfərova: "Bakıya 20-dən çox astronavtın səfəri planlaşdırılıb"

14-09-2023

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə