Previous Next
Bağla

Beynəlxalq Bankın özəlləşdirilməsi ləngiyəcək

08-09-2018 10:10
Beynəlxalq Bankın özəlləşdirilməsi ləngiyəcək

Samir Əliyev: “Bunun gələn il baş verməsi daha realdır”. Azərbaycan hökuməti Beynəlxalq Bankın özəlləşdirilməsi prosesini sürətləndirir. Uzun müddətdir müzakirə olunan bu məsələ finalına yaxınlaşmaqdadır.

Sentyabrın 6-da baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, “Aqrarkredit” QSC, Azərbaycan Sənaye Korporasiyası ASC) rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi müzakirə edilib.

Xeberler.az Yeni Müsavat-a istinadən xəbər verir ki, iclasda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" ölkə prezidentinin 2015-ci il 15 iyul tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Dünən isə mətbuata açıqlama verən maliyyə naziri Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var: “Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

O, həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Beynəlxalq Banka maraq göstərməkdə davam edir: “Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər”.

İqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı 10 ildir gedən müzakirələr son vaxtlar konkretləşib: “Məsələ burasındadır ki, Beynəlxalq Bank ölkənin ən böyük bankıdır. Onun bazar payı son illərədək 40 faizdən çox olub. Devalvasiyalardan ən çox zərər çəkən bankdır. Yanlış idarəetmə nəticəsində bank müflisləşmə həddinə gəldi və dövlət bu prosesə müdaxilə etməli oldu: bankın xarici borclarını öz üzərinə götürdü, daxili borclarının isə Mərkəzi Bankla birlikdə həllinə başladı. Artıq Beynəlxalq Bank problemlərdən azad olub və onun özəlləşdirilməsi məsələsi aktuallaşıb”.

Dövlətə məxsus olduğu üçün Beynəlxalq Bankın bir sıra üstünlükləri də olub: “Çoxsaylı xarici şirkətlər, dövlət qurumları bu bankla işləyirlər. Əmək haqları, pensiya ödənişləri əsasən onun vasitəsilə həyata keçirilir. Bu gün Beynəlxalq Bankın aktivləri 9 milyard manatdan bir qədər yüksəkdir. Bazar payı nisbətən azalsa da, 32-33 faiz olmaqla yenə ən böyükdür. Düşünürəm ki, Beynəlxalq Bankın özəlləşdirilməsi vacibdir. Özəlləşərsə, dövlət bankı olaraq əldə etdiyi üstünlüklərdən istifadə edə bilməyəcək. Çünki Beynəlxalq Banka yaradılan şərait heç bir banka yaradılmırdı. Ümumiyyətlə, yalnız Beynəlxalq Bankın deyil, dövlətə məxsus digər bank olan ”Azər-Türk Bank"ın da özəlləşdirilməsi zəruridir. Dövlət bank sektorunda iştirakçı-oyunçu kimi deyil, tənzimləyici kimi qalmalıdır".

Xatırladaq ki, devalvasiyalardan sonra ciddi problemlərlə üzləşən Beynəlxalq Bankın 3 milyard dollardan çox xarici, 10 milyard manatdan yuxarı daxili borcunu dövlət öz üzərinə götürüb. Bank özəlləşdirilərkən bu qədər xərci geri qaytarmaq mümkün olacaqmı? İqtisadçı-ekspert hesab edir ki, bankın satış qiyməti maraq doğuran məsələlərdən biridir: “Bu qədər xərc çəkiləndən sonra Beynəlxalq Bankın dəyər-dəyməzinə satılmasına yol vermək olmaz. Bunun üçün onun özəlləşdirilməsi prosesi şəffaf aparılmalıdır. Bu prosesə beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq maliyyə institutlarının mütəxəssislərinin iştirakı təmin olunmalıdır. Yəqin ki, bankı indiki vəziyyətində özəlləşməyə çıxarmayacaqlar. Özəlləşməyə çıxarılması üçün onun inkişaf strategiyası, yaxın və uzaq hədəfləri müəyyənləşdirilməlidir. Bu baxımdan, bu il ərzində Beynəlxalq Bankın özəlləşdirilməsi mümkün deyil. Yəqin ki, ən tez gələn il bu proses baş tuta bilər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq bank özəlləşdirirlir

Beynəlxalq bank özəlləşdirirlir

07-09-2018
«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009
Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019
Azərbaycan Beynəlxalq Bankı aviabiletlərin onlayn ödənişi üzrə xidmət göstərməyə başlayıb

Azərbaycan Beynəlxalq Bankı aviabiletlərin onlayn ödənişi üzrə xidmət göstərməyə başlayıb

07-09-2009
«Əmrahbank»ın yeni veb-saytı istifadəyə verilib

«Əmrahbank»ın yeni veb-saytı istifadəyə verilib

19-10-2009
Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında

Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında

08-11-2016
Azərbaycan Beynəlxalq Bankı SIBOS-2018 beynəlxalq sərgisində iştirak edir

Azərbaycan Beynəlxalq Bankı SIBOS-2018 beynəlxalq sərgisində iştirak edir

22-10-2018
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

20-09-2025
Beynəlxalq Bankdan İnternet Bank istifadəçilərinə yeni güzəşt

Beynəlxalq Bankdan İnternet Bank istifadəçilərinə yeni güzəşt

23-01-2019
Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

16-06-2026
Azərbaycan Beynəlxalq Bankı plastik kartların sayını 1,8 mln-a çatdırıb

Azərbaycan Beynəlxalq Bankı plastik kartların sayını 1,8 mln-a çatdırıb

31-01-2011
Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

21-01-2015
ABB 230 000 000 dollarlıq yeni sindikativ  kredit cəlb edib

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026
«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

«Royal Bank» ilin sonuna kimi «SMS banking» üzrə xidmətlərə başlayacaq

03-12-2009
Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

16-12-2021
ABB-nin reytinqi tarixi maksimuma  yüksəldi!

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

09-07-2025
AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022
Bu bankda selfie ilə hesab açmaq mümkündür

Bu bankda selfie ilə hesab açmaq mümkündür

08-12-2015
Azərbaycan Beynəlxalq Bankı Disput.az-da yazılanlara reaksiya verdi

Azərbaycan Beynəlxalq Bankı Disput.az-da yazılanlara reaksiya verdi

30-12-2010
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024
Hesab.az Xalq Bank müştərilərinə ikiqat bonus qazandırır

Hesab.az Xalq Bank müştərilərinə ikiqat bonus qazandırır

03-08-2015
«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

27-05-2009
Beynəlxalq bankın bankomat problemləri

Beynəlxalq bankın bankomat problemləri

09-08-2009
ABB-dən nəqliyyat sektoru ilə bağlı hesabat!

ABB-dən nəqliyyat sektoru ilə bağlı hesabat!

06-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə