Sentyabrın 3-dən 8-nə qədər Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunları Azerspace-1 peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, Azərkosmos ASC və Qırğızıstanın Transfer LTD arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə Azerspace-1 peyki vasitəsilə çatdırılacaq.
2014-cü ildən etibarən keçirilən Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Bu ilki oyunlarında Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.
Qeyd edək ki, bu və digər idman yarışlarının eləcə də əhəmiyyətli tədbirlərin Azerspace-1 peyki vasitəsilə yayımlanması Qırğızıstanla “Azərkosmos” arasında davam edən əməkdaşlığın növbəti uğurlu addımı hesab olunur. 2015-ci ildən etibarən Qırğızısatnın ictimai kanalı KTRK kanalı da Azerspace-1 peykinin resurslarından istifadə etməkdədir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri