Qırğızıstanın dövlət kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb.
Azərkosmos ASC-dən Xeberler.az-a verilən məlumata görə, Qafqazda yeganə peyk operatoru olan Azərkosmos ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb. Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından Azərkosmos üçün böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, Qırğızıstanın digər kanalları da Azerspace-1 peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
Sevinc Çəltikova
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət