Daha iki xarici kanal Azerspace-1 peykində yayıma başladı

27-10-2016 / 16:56

Cənubi Qafqazın yeganə peyk operatoru olan Azərkosmos ASC Gürcüstanın daha iki kanalı – Palitra TV və Trialeti TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.

Xeberler.az məlumat verir ki, müqaviləyə əsasən, kanal 2016-cı ilin oktyabr ayından etibarən Azerspace-1 peyki üzərindən 11095/H/27500  tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.

Peyk operatoru, həmçinin, Türkiyənin Damar FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi  radio kanalı Azerspace-1 peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə