Previous Next
Bağla

Daha 2 telekanal Azerspace-1 peyki vasitəsilə yayımlanacaq

30-01-2020 14:26
Daha 2 telekanal Azerspace-1 peyki vasitəsilə yayımlanacaq

“Azərkosmos” ASC Rusiya telekanalları ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Xeberler.az bildirir ki, “Azərkosmos” yanvarın 28-30-da Moskvada keçirilən “CSTB 2020” sərgi-forumunda iştirak edib. “CSTB” sərgisi telekommunikasiya sahəsində artıq 20 ildən çoxdur keçirilir, sərgidə Rusiya və MDB ölkələrindən televiziya yayımı, rəqəmsal media və peyk xidmətləri təqdim edən aparıcı şirkətlər öz məhsullarını nümayiş edir.

Sərgi çərçivəsində “Azərkosmos” və Rusiyanın “VES-Media” (ВЕС-Медиа) şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstan Respublikasının “Novıy Vek” (Телерадиокомпания Новый Век) teleradio şirkətinin “TNV Planet” (ТНВ Планета) kanalları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. Bu kanallar vasitəsilə rus və tatar dillərində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə, moda, tərz və mədəniyyət proqramları nümayiş edilir. Yeni kanallar sayəsində hazırda “Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla “Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.

Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir: “Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000, “TNV Planet” kanalının tezliyi: 11015/H/13000

“Azərkosmos”la qurulan əməkdaşlığımız sayəsində “Yuveliroçka” kanalı nəinki Rusiya və MDB məkanında, o cümlədən “Azerspace-1” peyki vasitəsilə 30-dan çox ölkədə yayımlanacaq. Biz inanırıq ki, bu kanala azərbaycanlı izləyicilərin də marağı yüksək olacaq. Öz növbəmizdə bizə beynəlxalq televiziya yayımına çıxış imkanı yaratdığı üçün etibarlı tərəfdaşımız “Azərkosmos”a təşəkkür edirik və bu əməkdaşlığımızın uzunmüddətli olacağına əminik”, - deyə “VES-Media” şirkətinin distribüter meneceri Yuliya Averkina bildirib.

Həmçinin sərgi iştirakçılarına “Azərkosmos”un MDB regionu üzrə satış təmsilçisi tərəfindən şirkətin fəaliyyəti və “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri haqqında geniş məlumat verilib və təqdimat keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azerspace-1” peyki yeni kanalların yayımına başlayıb

04-10-2019

Qırğızıstan kanalları Azerspace-1 üzərindən yayıma başladı

08-09-2017

Gürcüstanın daha 3 televiziya kanalı “Azerspace-1” peykindən yayıma başladı

01-04-2021

Gürcüstanın 4 kanalı Azerspace-1 üzərindən yayımlanacaq

06-04-2017

Qırğızıstanın daha bir kanalı Azerspace-1 peyki ilə yayımlanır

15-02-2020

Gürcüstan telekanalları Azerspace-1 üzərindən yayıma başlayır

04-02-2016

Daha iki xarici kanal Azerspace-1 peykində yayıma başladı

27-10-2016

Daha üç xarici kanal “Azerspace-1”lə yayıma başladı

19-01-2021

Azerspace-1 üzərindən yeni televiziya və radio kanalları yayıma başladı

20-01-2016

Azerspace-1 peyki üzərindən yayımlanan yerli kanalların yayım tezlikləri dəyişilib

31-03-2015

Türkiyənin 4 kanalı Azerspace-1 üzərindən yayıma başladı

03-06-2016

Azerspace-1 yayım kanallarının sayını artırdı

01-06-2015

Türkiyənin daha bir kanalı Azerspace-1 üzərindən yayımlanacaq

01-07-2015

Qırğızıstanın dövlət kanalı Azerspace-1 üzərindən yayımlanacaq

10-07-2015

Türkiyənin daha bir kanalı “Azerspace-1” peyki üzərindən yayımlanacaq

01-05-2015

Azərkosmos Intersat şirkəti ilə müqavilə imzalayıb

18-09-2019

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Dünya TV “Azerspace-1”-dən yayımlanacaq

15-12-2014

Beynəlxalq tədbirlər Azerspace-1 ilə yayımlanacaq

03-09-2016

CBC Sport kanalı Azerspace-1 peyki üzərindən yayıma başlayıb

03-11-2015

Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

23-01-2015

Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb

30-01-2021

“Azərkosmos” Amsterdamda beynəlxalq sərgi-konfransında iştirak edəcək

16-08-2023

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə