Qırğızıstanın daha bir kanalı Azerspace-1 peyki ilə yayımlanır

15-02-2020 / 12:44

“Azərkosmos” ASC və Qırğızıstanın “Region TV” kanalı arasında kommersiya müqaviləsi imzalanıb.

Xeberler.az bildirir ki, müqaviləyə əsasən, fevralın 14-dən “Region TV” kanalı Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanalda Qırğızıstanın regionlarının gündəlik sosial, iqtisadi və mədəniyyət xəbərləri nümayiş olunur.

“Region TV” kanalının yayım tezliyi: 11015/H/13000

Qırğızıstanın ictimai kanalı olan “KTRK”, “Qırğızıstan TV”, “Asia TV”, “Next TV” kimi baxımlı kanalları ilə yanaşı, “Region TV” kanalının “Azerspace-1” peyki üzərindən yayımlanması peykin Mərkəzi Asiya ölkələrindəki nüfuzunu artırır. Qırğızıstanın digər kanalları da “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə