Previous Next
Bağla

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

14-05-2025 12:03
“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

Mayın 14-də “Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəz “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Mərkəzin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır, azərbaycanlı və türkiyəli digər rəsmilər iştirak ediblər.

Məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır.

Regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaratmaq da əsas hədəflərdir. Burada “Təbiət elmləri laboratoriyası”, “Riyaziyyat laboratoriyası”, “Astronomiya, kosmos və aviasiya laboratoriyası”, “Dizayn laboratoriyası” olmaqla 4 laboratoriya fəaliyyət göstərir. Hər birində 20 nəfərə, ümumilikdə isə 80 şagirdə eyni vaxtda xidmət imkanı var.

Mərkəzdə, həmçinin gələcəyin tələblərinə uyğun layihə əsaslı və problemyönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap texnologiya proqramı” həyata keçirilir. 2025-ci ilin aprel ayında Quba şəhərində təşkil olunan seçim imtahanında iştirak edən 1000 şagird sırasından müəyyən edilmiş 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərdə iştirak edəcəklər.

Xatırladaq ki, “Bilim Azərbaycan” layihəsi 2021-ci il sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6–14 yaş arası uşaqlarda texnologiya, elm, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməkdir.

“Bilim Azərbaycan” modelinin ilk nümunəsi olan “Bilim Bakı” Mərkəzi 2022-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı, professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. Bu uğurlu modelin davamı olaraq artıq ikinci mərkəz kimi “Bilim Quba” bölgədə fəaliyyətə başlayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bilim Quba” mərkəzi - 1 il

14-05-2026

“Bilim Azərbaycan” layihəsi çərçivəsində növbəti imtahanı təşkil olunub

21-04-2025

“Bilim Bakı” və “Bilim Quba”da “Deneyap” proqramı davam etdirilir

31-10-2025

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

13-11-2025

Azərbaycan və Türkiyə prezidentləri Bakıda açılışda iştirak ediblər

29-05-2022

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

20-06-2022

“Deneyap" laboratoriyasının I Məzun günü keçirilib

31-10-2025

“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü”

28-09-2024

“Bilim Bakı” mərkəzinin şagirdləri beynəlxalq robot olimpiadasının qalibi olublar

25-11-2024

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

07-10-2024

“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023

“İnnovasiyalar Mərkəzi”nin direktoru “TEKNOFEST”də iştirak edib

05-05-2025

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi keçirilib

09-09-2024

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

02-03-2020

Dövlət Agentliyi Bilik Fondu ilə əməkdaşlığa başladı

24-06-2016

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Efiopiyanın Baş naziri “ASAN xidmət”də olub

27-02-2026

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

15-01-2026

"Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

09-12-2024

Yeni ASAN xidmət mərkəzləri açılacaq

21-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə