Previous Next
Bağla

Azərbaycan və Türkiyə prezidentləri Bakıda açılışda iştirak ediblər

29-05-2022 22:49
Azərbaycan və Türkiyə prezidentləri Bakıda açılışda iştirak ediblər

Mayın 28-də Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışı olub.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçılarına məlumat verildi ki, paytaxtda tikilmiş yeni “ASAN Həyat” Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.

Bildirildi ki, tikintisinə 2019-cu ildə başlanılan kompleksin iki hissəsi - “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” və ASAN İnnovativ İnkişaf mərkəzlərinin inşası 2022-ci ilin mayında başa çatdırılıb. Üçüncü hissə isə cari ilin sonunadək hazır olacaq.

Kompleksdə yerləşən “ASAN xidmət” mərkəzi Bakıda yeddinci, ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir. Mərkəz Bakıda xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərəcək. Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.

Qeyd edək ki, mərkəzdə “ABAD” publik hüquqi şəxsin sayca 11-ci etnobutiki, habelə 2-ci “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti də nəzərdə tutulur. Fəaliyyətə 2018-ci ilin noyabrından başlayan “INNOLAND” tərəfindən bu günədək inkubasiya dövründə 50, akselerasiya dövründə isə 36 startap ilə iş həyata keçirilir. “INNOLAND” Türkiyə, Macarıstan, Makedoniya, Koreya Respublikası, ABŞ, Almaniya, Litva və Estoniya kimi ölkələrdən olan təşkilatlarla beynəlxalq əməkdaşlıq qurub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərini işə saldılar.

Sonra dövlət başçıları “Bilim Bakı” mərkəzi ilə tanış oldular.

Məlumat verildi ki, bu mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb. Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib, elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır. Mərkəzdə hər biri 20 şagird yerlik 6 laboratoriya fəaliyyət göstərəcək. Bunlar təbiət elmləri, texnologiya, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn və sahibkarlıq laboratoriyalarıdır.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan laboratoriyalarda təcrübə aparan şagirdlərlə söhbət etdilər.

Bildirildi ki, “Bilim Bakı” mərkəzində perspektiv ehtiyacları nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən “Deneyap Texnologiya” proqramı həyata keçiriləcək. Burada 11 əməkdaş fəaliyyət göstərəcək və Türkiyə Texnologiya Komandası Vəqfinin təlim proqramı əsasında tədris aparılacaq. Müvafiq təlim proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılıb.

Kompleksdə ASAN İnnovativ İnkişaf Mərkəzi də fəaliyyət göstərəcək. Bu mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında vətəndaşlara xidmət sahəsində kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə töhfə vermək, bilik və bacarıqların artırılması istiqamətində təlimlər həyata keçirməkdir.

Dövlət başçılarına məlumat verildi ki, Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır. Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir. İndiyədək Dövlət Agentliyi və tabeliyindəki qurumlar öz fəaliyyətləri çərçivəsində 15 ölkə və 2 beynəlxalq təşkilatla müqavilələr imzalayıblar.

Sonda Azərbaycan və Türkiyə prezidentlərinə xatirə hədiyyələri təqdim olundu.

Qeyd edək ki, hazırda Azərbaycanda 22 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, 5-nin isə inşası davam etdirilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 88 mindən çox vətəndaşın 52 milyondan çox müraciəti daxil olub. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə də vətəndaşlara xidmətlər göstərilir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

“Bilim Quba” mərkəzi - 1 il

14-05-2026

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

14-05-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

“Bilim Bakı” və “Bilim Quba”da “Deneyap” proqramı davam etdirilir

31-10-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

13-11-2025

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

10-07-2025

Efiopiyanın Baş naziri “ASAN xidmət”də olub

27-02-2026

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

02-03-2020

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025

Prezident Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib

16-01-2024

Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub

18-05-2023

ASAN xidmətdə 33 milyonuncu müraciət qeydə alınıb

04-10-2019

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

ASAN xidmət-də 35 milyonuncu müraciət qeydə alınıb

19-12-2019

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

İki yeni ASAN xidmət mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

06-04-2019

İraqın rabitə naziri "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub

04-12-2025

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar

05-02-2025

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə