Previous Next
Bağla

“Bilim Bakı” və “Bilim Quba”da “Deneyap” proqramı davam etdirilir

31-10-2025 14:58
“Bilim Bakı” və “Bilim Quba”da “Deneyap” proqramı davam etdirilir

“ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya proqramı şagirdlərdə elm və texnologiyaya marağın artırılması, eləcə də XXI əsrin tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması məqsədi daşıyır.

Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında "ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov deyib. “Proqram üç il müddətinə nəzərdə tutulub və qəbul imtahan əsasında həyata keçirilir. İlk iki ildə şagirdlər süni intellekt, əşyaların interneti, kibertəhlükəsizlik, robototexnika və digər istiqamətləri əhatə edən 11 modul üzrə təlimlər keçirlər. Sonuncu ildə isə onlar müxtəlif layihələr üzərində işləyərək yaradıcı düşüncə, texniki biliklərlə yanaşı, yumşaq bacarıqlarını da inkişaf etdirirlər. Bu gün “Bilim Bakı” mərkəzinin ilk Məzun günüdür. 80 şagirdimiz məzun olur. Onların hər birini bu münasibətlə ürəkdən təbrik edir, gələcək təhsil və karyeralarında uğurlar arzulayırıq”, – deyə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin direktoru qeyd edib.

Vüsal Rüstəmov deyib ki, hazırda “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində yeni seçilmiş qruplar üzrə “Deneyap” proqramı davam etdirilir. Hər mərkəzdə 80 şagird bu proqramdan faydalanır. O bildirib ki, “ASAN xidmət” olaraq bu istiqamətdə həyata keçirilən fəaliyyətlər ölkədə elm, texnologiya və innovasiyaların inkişafına mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bilim Azərbaycan” layihəsi çərçivəsində növbəti imtahanı təşkil olunub

21-04-2025

“Bilim Quba” mərkəzi - 1 il

14-05-2026

“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü”

28-09-2024

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

14-05-2025

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

20-06-2022

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025

Azərbaycan və Türkiyə prezidentləri Bakıda açılışda iştirak ediblər

29-05-2022

“Deneyap" laboratoriyasının I Məzun günü keçirilib

31-10-2025

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

13-11-2025

“Bilim Bakı” mərkəzinin şagirdləri beynəlxalq robot olimpiadasının qalibi olublar

25-11-2024

“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi keçirilib

09-09-2024

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

5 ASAN Xidmət, 1 ASAN Kommunal mərkəzi istifadəyə veriləcək

01-04-2019

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016

“İnnovasiyalar Mərkəzi”nin direktoru “TEKNOFEST”də iştirak edib

05-05-2025

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

07-10-2024

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə