Mayın 25-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.
Xeberler.az bildirir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, Baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu prosesi cari ilin aprelin 27-dən mayın 8-dək Audiovizual Şura tərəfindən həyata keçirilib. Sonra həmin sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunub.
Əvvəlcə iclasın katibi və səslərin sayılması üçün komissiya seçilib, prosedur qaydaları ilə bağlı məlumat verilib. İclasın əvvəlində bir namizədin (Əliyeva İlahə Xudu qızı) öz namizədliyini geri götürməsi haqqında ərizəsi qəbul olunub və onun adı namizədlər siyahısından çıxarılıb.
Bundan sonra namizədlər iclasa dəvət olunub, onların hamısı baş direktor vəzifəsinə seçiləcəkləri təqdirdə ictimai yayımçının fəaliyyətində nə dəyişiklik və yeniliklər tətbiq edəcəkləri ilə bağlı konsepsiyaları və proqramları barədə ümumi məlumat veriblər. Həmçinin namizədlər Yayım Şurasının üzvlərinin suallarını cavablandırıblar.
Bütün namizədlərin çıxışından sonra səsvermə keçirilib. Birbaşa və gizli səsvermənin nəticələrinə görə Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
İclasda Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, habelə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul şəxsləri müşahidəçi kimi iştirak ediblər.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları