Previous Next
Bağla

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026 14:13
“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilati tərəfdaşlığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Süni İntellekt (Sİ) Günü –“Day of AI” konfransı keçirilib.

Xeberler.az bildirir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunan konfransın məqsədi süni intellektin təhsil ekosistemində praktiki tətbiqi imkanlarının müzakirəsi, Sİ savadlılığının təşviqi və müxtəlif sektorlar arasında əməkdaşlıq platformasının yaradılması olub.

Tədbirdə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, məktəb rəhbərləri və müəllimlər, innovasiya mərkəzlərinin və texnologiya sahəsinin yerli və beynəlxalq ekspertləri bu istiqamətdə süni intellektin rolunu və gələcəyini müzakirə ediblər.

“İnnovasiyalar Mərkəzi”nin direktorunun müşaviri və “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova “Real nəticələrə nail olmaq: Süni intellekt strategiyasının praktik tətbiqi” mövzusunda panel müzakirəsində çıxış edib. Diqqətə çatdırılıb ki, “ASAN AI Hub” süni intellekt savadlılığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu çərçivədə müxtəlif süni intellekt kursları, təlim proqramları təqdim olunur. Həmçinin müəllimlər və tələbələr üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirildiyi, effektiv və əlçatan mühitin formalaşdırıldığı vurğulanıb.

ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Süni intellekt savadlılığı 101: Hər bir müəllim üçün zəruri kompetensiyalar” mövzusunda təlim keçib. Süni intellekt alətlərinin tədris prosesində tətbiqi, dərslərin daha effektiv təşkili, vizual materialların hazırlanması və müəllimlərin iş yükünün optimallaşdırılması ilə bağlı praktiki məlumatlar təqdim olunub.

Sərgi zonası çərçivəsində innovasiya mərkəzləri, süni intellekt və STEAM sahəsində fəaliyyət göstərən şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları müxtəlif layihə və innovativ həllərini nümayiş etdirilib. “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və digər layihələri tədbirdə mərkəzin xüsusi stendində təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24-02-2026

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026

“Süni intellekt və beynəlxalq hüquq” konfransı keçirilib

04-12-2025

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb

14-07-2025

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023

"ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib

04-04-2025

Azərbaycan və Türkiyə prezidentləri Bakıda açılışda iştirak ediblər

29-05-2022

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

"ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək

04-04-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə